Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sadıq Sadıqov “Paralimpiya medalı” ilə təltif olunub

Sadıq Sadıqov “Paralimpiya medalı” ilə təltif olunub

Date: 12 November 2015 11:23


Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan Milli Paralimpiya Komitəsinin rəsmiləri - vitse-prezident Şaiq Həmidov və baş katib Afiq Süleymanov "Neftçi İdman Klubu” İctimai Birliyinin inzibati binasında klubun idarəetmə aparatının rəhbəri, Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Sadıq Sadıqovun 50 illik yubileyini təbrik ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Şaiq Həmidov çıxış edərək onu 50 illik yubileyi münasibətilə təmsil etdiyi komitənin kollektivi adından təbrik edib. Sadıq Sadıqovun uzun illər Azərbaycan idmanına, eləcə də Paralimpiya Hərəkatına göstərdiyi xidmətdən söhbət açan Şaiq Həmidov onun fəaliyyətini yüksək qiymətləndirib. Yubilyarın ömrünün böyük bir hissəsinin “Neftçi İdman Klubu” ilə bağlı olduğunu vurğulayan natiq onun idmandakı xidmətlərinə görə, ölkə başçısı tərəfindən fəxri ad və medalla təltif olunduğunu qeyd edib.
Sonra Afiq Süleymanov və digər çıxışçılar da yubilyara ən xoş arzularını çatdırıb, haqqında dəyərli fikirlər səsləndiriblər.
Şaiq Həmidov Sadıq Sadıqovun Azərbaycan Paralimpiya Hərəkatının inkişafında göstərdiyi xüsusi xidmətlərinə görə, Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən “Paralimpiya medalı” ilə təltif edib.
Tədbirin sonunda Sadıq Sadıqov ona göstərdikləri diqqətə görə, Paralimpiya Komitəsinin rəhbərliyinə dərin minnətdarlığını bildirib və təltif olunduğu mükafatın onun üçün çox qiymətli olduğunu söyləyib.

Tags:  Sadıq Sadıqov Paralimpiya medalı təltif olunub


RƏYLƏR


Top news