Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xəzərdə itkin düşən balıqçılardan birinin meyidi tapıldı

Xəzərdə itkin düşən balıqçılardan birinin meyidi tapıldı

Date: 12 November 2015 11:27

Xəzər dənizinin Xaçmaz sahilində itkin düşən 3 balıqçıdan daha birinin meyidi tapılıb.

APA-nın verdiyi məlumata görə, balıqçı İlqar Daşdəmirovun meyidi dənizin Niyazabad kəndi sahilində aşkarlanıb.

Qeyd edək ki, noyabrın 4-də Xəzər dənizinin Xaçmaz sahilində içərisində 3 nəfərin olduğu balıqçı qayığı ilə əlaqə kəsilmişdi. Bir gün sonra onlardan birinin - Tikanoba kənd sakini Həmzə Nurəddinovun meyidi sahildən 500 metr içəridə tapılıb. Meyit Xəzər dənizinin Xaçmaz rayonunun Çayqaraqaşlı kəndi istiqamətində tapılıb. Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin xilasediciləri tərəfindən tapılan meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Digər itkin düşən balıqçı Laçın Laçınovun axtarışları davam etdirilir.

Milli.Az


Tags:  Xəzərdə itkin düşən balıqçılardan birinin meyidi tapıldı


RƏYLƏR


Top news