Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

​Türkiyəli basketbolçu Nyu-Yorkda ölü tapılıb

​Türkiyəli basketbolçu Nyu-Yorkda ölü tapılıb

Əfsanəvi basketbolçu federasiya prezidenti seçildi (23 Fevral 2017 13:37)
Əfsanəvi basketbolçu federasiya prezidenti seçilib (23 Fevral 2017 12:42)

Tarix: 12 Noyabr 2015 11:27

Bakı. 12 noyabr. REPORT.AZ/ ABŞ əsilli türkiyəli basketbolçu Əli Qaradəniz Nyu-Yorkda ölü tapılıb. "Report"un məlumatına görə, 35 yaşlı basketbolçunun cəsədi hərəkətsiz avtomobildə aşkarlanıb.
2010-cu ildə Türkiyə vətəndaşlığını qəbul etmiş basketbolçu avtomobilin arxa oturacağında başı yarılmış halda olub. Bir neçə gün öncə yoxa çıxan idmançının axtarışına noyabrın 5-dən başlanılıb. Buna səbəb Ə.Qaradənizin itkin düşməsi ilə bağlı məlumatın polisə həmin tarixdə verilməsidir.
Qeyd edək ki, Türkiyə vətəndaşlığını qəbul etmədən öncə adı Maykl Rayt olan basketbolçu karyerası ərzində Türkiyə, İspaniya, İsrail, Almaniya, Fransa və Cənubi Koreya çempionatında çıxış edib.

Teqlər:  Türkiyəli basketbolçu Nyu-Yorkda ölü tapılıb



RƏYLƏR


Top xəbərlər