2015-ci ilin iqtisadi artım proqnozları açıqlanıb

2015-ci ilin iqtisadi artım proqnozları açıqlanıb
11:28 12 Noyabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan hökumətinin son proqnozlarına görə, 2015-ci ildə ölkədə iqtisadi artımın 3.3 faiz, o cümlədən qeyri-neft sektorunda 5.9 faiz olacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın Pul Siyasəti İcmalının 2015-ci ilin 9 ayının yekunlarına həsr olunan növbəti nömrəsində bildirilir.
Qeyd edilir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə isə qeyri-neft sektorunda artım 7.1 faiz olacaq. Rəsmi proqnozlara görə, iqtisadi artımın əsas mənbəyi olan qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi ötən illə müqayisədə 7.8 faiz bəndi artaraq, ilin yekunu üzrə 68.8 faiz təşkil edəcək. İqtisadi artım, əsasən investisiya və istehlak xərcləri ilə dəstəklənəcək.
Bu ilin sonuna əsas kapitala investisiya qoyuluşunun real artım tempinin 9.2 faiz təşkil edəcəyi, daxili investisiyalarla yanaşı, xarici investisiyaların da iqtisadi artıma müsbət təsir edəcəyi, ilin yekunu üzrə xarici investisiyaların 49 faiz artacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/2015_ci_ilin_iqtisadi_artim_proqnozlari_achiqlanib-901267

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR