Ermənilərin azərbaycanlı qəhrəmanla bağlı arzusu gözlərində qaldı

Ermənilərin azərbaycanlı qəhrəmanla bağlı arzusu gözlərində qaldı
11:36 12 Noyabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri olan azərbaycanalı qəhrəman Əhmədiyyə Cəbrayılovun adı vikipediyanın rus bölməsində yenidən bərpa edilib.

ANS PRESS-in məlumatına görə, 2015-ci ilin oktyabrın 25-də Fransa müqavimət lideri, Şarl de Qollun yaxın dostu, Sovet İttifaqı qəhrəmanı azərbaycanlı Əhmədiyyə Cəbrayılov haqqında rus dilində olna məlumatlar bir müddət öncə vikipediyadan çıxarılmışdı.

Vikipediya administrasıyası buna əsas kimi Əhmədiyyə Cəbrayılov haqqında tez-tez zidd fikirlərə rast gəldiyini, tarixi faktların üst-üstə düşmədiyini gətirib. Onların sözlərinə əsasən, Azərbaycan qəhrəmanı haqqında Fransa mənbələrində ümumiyyətlə məlumata rast gəlinmir.



Əhmədiyyə Cəbrayılovun Fransa Müqavimət hərəkatında iştirakını təsdiqləyən Caserne Bernadotte arxivindən çıxarış (1990)


Ə.Cəbrayılovun adının vikipediyadan çıxarılmasında erməni barmağı olduğu ehtimal edilir. Divot adı altında Qomoz Vadim Voldemaroviç bu sahədə daha çox çalışıb. Belə ki, əslən Ermənistandan olan Divota bir azərbaycanlı qəhrəmanın adının Fransa vikipediyasında olması sərf eləmir.



Azərbaycan Milli Elmər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhrəmov da Sovet İttifaqı qəhrəmanın adının tarixdən silinməsinə bir başa ermənilərin əli olduğunu deyir.

"Baxmayaraq ki, biz 25 ilə yaxındır müstəqil respublikayıq, lakin, bununla bəzi qonşularımız barışa bilmir. Hər addımda bizə zərbə vurmaq istəyirlər. Təbii ki, Əhmədiyyənin adının, onun uğurlarının tarixdən silinməsi də ermənilərin işidir. Axı, onlardan heç kim belə qəhrəmanlıq göstərə bilməz. Amma onlar nə etsələr də, Əhmədiyyənin övladlarında, muzeylərdə, onun haqqında çəkilən filmlərdə həqiqətən onun Fransa müqaviməti lideri olduğu bilinir".


Cəbi Bəhrəmov - AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini

Direktor müavini onu da əlavə etdi ki, Fransa heç vaxt Əhmədiyyə Cəbrayılovun müqavimət lideri olmasını dana bilməz. Çünki tarixdə də göstərilir ki, qəhrəman 300 fransız uşağını ölümündən qurtarıb: "Həmin uşaqları kilsələrə yığıb yandırmaq istəyiblər. Lakin Əhmədiyyə və onun həmyerlisi həmin uşaqları çətinliklə də olsa, xilas ediblər".

Rusiya vikipediyasının redaktoru bildirib ki, əslində, onlar Əhmədiyyə Cəbrayılovun Böyük Vətən Müharibəsində iştirakı haqqında məlumata malikdirlər. Amma Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi olub-olmaması barədə fakt yoxdur. Buna görə də, Ə.Cəbrayılovun adını vikipediyadan çıxartmaq qərarına gəliblər.


Cəbrayılovun Fransa Müqavimət hərəkatında iştirakını təsdiqləyən sənəd (1994)


Əhmədiyyə Cəbrayılovun ev-muzeyində saxlanılan Fransa mükafatları

Əhmədiyyə Cəbrayılov - Böyük Vətən müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biridir. O, 22 sentyabr, 1920-ci ildə Şəki rayonunun Oxud kəndində anadan olub. İkinci dünya müharibəsi illərində Fransa Müqavimət hərəkatının iştirakçısı, "Armed Mişel", "Ryus Armed", "Хаrqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. Fransanın orden və medalları ilə, o cümlədən "Hərbi medal"la ilə təltif olub.

25 noyabr 1946-cı ildə Şarl de Qollun köməyi ilə Əhmədiyyə SSRİ-yə qayıdır. Burada o, vətən xaini kimi qəbul olunur və Moskvadakı yoxlamaların birində onun mükafatlarının bir hissəsi əlindən alınır.

1966-cı ildə Fransa prezidenti Şarl de Qoll SSRİ-yə səfəri zamanı Əhmədiyyə Cəbrayılovu görmək istədiyini bildirmiş və o, Moskvaya çağrılmışdır. 1968-ci ildə Sovet hökuməti tərəfindən "vətən xaini" adı onun üstündən götürülür və bəraət verilir. 1970-ci ildə Kənd Təsərrüfatı İnstitutunda təhsilini başa vurduqdan sonra Şəki rayonu Nərimanov adına kolxozda baş aqronom işləyir. 1971-ci ildə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunur.

1972, 1975, 1982-ci illərdə döyüşlərdə iştirak etdiyi yerləri gəzməyə icazə verilir. O, Montoban, Rodez, Tuluza, Albi şəhərlərinə gedir, həmçinin Paris, Bordo, Strazburq, Lion, Dijon və Marseldə olur, keçmiş döyüş yoldaşları ilə görüşür. 1975-ci ildəki səfəri zamanı o, Fransa Senatında senator Jak Düklo tərəfindən qəbul edilir və ona bu görüşdən xatirə medalı təqdim edilir.

1976-cı ildə müharibədəki iştirakına görə "Oktyabr İnqilabı Ordeni" ilə təltif olunur. 1977-ci ildə Tarn və Qaronda Fransa partizan hərəkatında birgə iştirak etdiyi Rene Şambar SSRİ-yə gəlir və Əhmədiyyə Cəbrayılovla görüşüb.

Ölümündən xəbərsiz olan Fransa hökuməti 1995-ci ildə faşizm üzərində qələbənin 50 illiyi münasibətilə ona fəxri təqaüd və xatirə medalları göndərir.

1995-ci ilin oktyabrında, ölüm ildönümündə onun qəbri üzərində bürünc heykəli qoyulur.
1998-ci il 15 oktyabrda Fransa Müqavimət hərəkatının könüllü döyüşçüsü Əhmədiyyə Cəbrayılova ölümündən sonra Fransanın azadlığı uğrunda döyüşlərdə iştirakına görə Minnətdarlıq Diplomu verilir. Həmin il Əhmədiyyə Cəbrayılovun döyüş yoldaşı Rene Şambar Şəkidə onun ailəsinə baş çəkir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=364582

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR