Moskva və bütün Rusiyanın patriarxı Azərbaycan prezidentini təbrik edib

16:12 29 Dekabr 2014
70 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 16:02 ]

Bakı – APA. Moskva və bütün Rusiyanın patriarxı Kirill Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

 

APA-nın məlumatına görə, patriarx Kirillin məktubunda deyilir:

 

“Zati-aliləri, möhtərəm İlham Heydər oğlu, Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Xahiş edirəm ən səmimi arzularımı qəbul edin. 10 ildən çoxdur ki, Siz Azərbaycan Respublikasına rəhbərlik edirsiniz. Sizin rəhbərliyinizlə ölkə dövlətdə sabitliyə, sülhə və onun vətəndaşlarının firavanlığına nail olmaq məqsədilə sosial-iqtisadi dəyişikliklər yolunda uğurla irəliləyir. Fərəhlə qeyd edirəm ki, mübarək Azərbaycan torpağında milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün insanların birgə həyatının gözəl modeli praktiki olaraq reallaşır. 2010-cu ilin aprelində Bakıya səfərim zamanı bunu yəqin etmək imkanım oldu. Sizinlə görüşlərimizi, Sizin səxavətinizi, qonaqpərvərliyinizi həmişə hərarətlə xatırlayıram.



Rus Pravoslav Kilsəsi insanlarda vətənpərvərlik tərbiyəsini, mənəvi-əxlaqi tərbiyəni, sülhə və vətəndaş həmrəyliyinə nail olmağı özünün ən mühüm vəzifələrindən biri hesab edir. Kilsə bu məqsədə nail olmağa çalışaraq dünyəvi hakimiyyətlə, digər dini məzhəblərin və ictimai birliklərin nümayəndələri ilə konstruktiv əməkdaşlıq edir. Moskva Patriarxatının Bakı Yeparxiyasının həyat və fəaliyyətinə daimi diqqətinizə görə Sizə xüsusi minnətdarlığımı bildirmək istərdim. Səmərəli qarşılıqlı fəaliyyətimizin daha da inkişaf edəcəyinə əminliklə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, Azərbaycan Respublikasının və onun sakinlərinin rifahı naminə yeni zəfərlər qazanmaq üçün tükənməz qüvvə arzu edirəm. Xanımınızı salamlayır və ona ehtiramımı bildirirəm”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367639

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR