Qusar şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur

Qusar şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur
11:43 12 Noyabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Qusar, 12 noyabr, Elxan Yusifli, AZƏRTAC
Qusar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin ikinci mərhələsinin icrası yekunlaşmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, layihənin bu mərhələsində 106,5 kilometr uzunluğunda su şəbəkəsinin yaradılması və 102 kilometr uzunluğunda kanalizasiya xəttinin çəkilməsi nəzərdə tutulub. Artıq su şəbəkəsi və kanalizasiya xətlərinin çəkilməsi işlərinin 90 faizi həyata keçirilib. Hazırda Füzuli və Fəxrəddin Musayev küçələrinin kanalizasiya xətləri qurulur. Bundan sonra həcmi min kubmetr olan su anbarı tikiləcək və 6100-dən artıq abunəçi su sayğacı ilə təmin olunacaq.
Layihənin birinci mərhələsində isə Qusarçayın məcrasında məhsuldarlığı saniyədə 85 litr və ya sutkada 7 min 344 kubmetr olan drenaj tipli suqəbuledici qurğu (700 metr uzunluğunda) tikilib. Bununla yanaşı, 355 və 225 mm diametrli borularla 21 kilometr uzunluğunda magistral su xətti çəkilib, hər birinin tutumu 1000 kubmetr olan 3 su anbarı inşa olunub. Eyni zamanda 2,8 kilometr uzunluğunda anbarlararası qidalandırıcı su xətti çəkilib, xlorator qurğusu daxil olmaqla, yeni xlorator binası tikilib.
“Qusar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi Qusar şəhərində 19 min 618, Bala Qusar, Həsənqala, Köhnə Xudat, Çiləgir, Yuxarı Ləgər, Qayakənd, Xuray, həmçinin Qubanın Çartəpə, Orta Xuç, Aşağı Xuç kəndlərində 11 min 835 nəfər olmaqla, ümumilikdə 31 min 500 yaxın əhalinin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb.
Yaranan çirkab suları Xaçmaz rayonunun Gülalan kəndi ərazisində tikiləcək, məhsuldarlığı sutkada 50 min kubmetr olacaq çirkab sutəmizləyici qurğusunda emal ediləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qusar_seherinin_su_techizati_ve_kanalizasiya_sistemleri_yeniden_qurulur-901277

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR