Bakıda şagird dərsdə sinif yoldaşını güllələdi

Bakıda şagird dərsdə sinif yoldaşını güllələdi
11:46 12 Noyabr 2015
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda orta məktəbdə dəhşətli hadisə baş verib. Hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib.

Qəsəbədə yerləşən 106 saylı orta məktəbin 7c sinfində dərs zamanı şagird sinif yoldaşını sinəsindən güllələyib.

Əmək təlimi dərsi zamanı müəllim, Bakı sakini 1966-cı il təvəllüdlü Hidayət Qurbanova məxsus Türkiyə istehsalı olan “Kral Air Rfle” markalı pnevmatik tüfəngdən istifadə zamanı şagird 2003-cü il təvəllüdlü Hacı Əliyev ehtiyatsızlıqdan atəş açaraq sinif yoldaşı olan həmyaşıdı Murad Nurzadəni sinəsindən güllələyib.

Yaralı M.Nurzadə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsindən faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə ilə bağlı RPİ-də araşdırma aparılır.

106 saylı məktəbin direktoru Təranə Qasımova bildirib ki, müəllim həmin silahı özü üçün alıbmış: “Bir müddət öncə o silahı başqa bir adama satıb. Həmin adam da bir az özündə saxlayandan sonra istəməyib, gətirib məktəbdə müəllimə qaytarıb. Hidayət müəllim də Qobu qəsəbəsində yaşadığı üçün silahı sinifdə qoyub ki, gedəndə evə aparsın. Uşaqların da gözünə sataşıb. Əllərində baxanda qəfildən silah açılıb. O, odlu silah olmayıb, sancaq tipli patron olub. Mən qətiyyən müəllimin tərəfini saxlamıram, amma bir bədbəxt hadisədir, olub. Hazırda Hidayət müəllim də, şagird Murad da dərsdədirlər".

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=364593

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR