Sayalı Sadıqova: “Azərbaycanda adlara qoyulan qadağalar burada yaşayan milli azlıqlara aid deyil”

11:47 12 Noyabr 2015
24 Sosial
Ölkə mətbuatı
A- A+

O bildirib ki, Azərbaycan əhalisinin 10 faizə yaxınını milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir: "Hər xalqın öz ad sistemi var. Biz Azərbaycanda yaşayan yəhudilər, talışlar, kürdlər, tatlar, avarlar, saxurlar, ləzgilər, udilər, ruslar, molokanlar, ingiloylar və digər xalqların ad sisteminə qətiyyən müdaxilə edə bilmərik. Onlar Azərbaycan vətəndaşı olsalar da, öz millətlərinə məxsus adları övladlarına qoya bilərlər. Amma bu, azərbaycanlılar üçün keçərli deyil".
Professor qeyd edib ki, ad hər bir millətin kimliyini bildirir: "Azərbaycanlı olan şəxslərin məsələn, ingilis adı qoyması nə qədər düzgündür!?. Azərbaycan övladına "Qaliley", "Şekspir" kimi adların qoyulması milli dəyərlərə ziddir". 

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/sayali-sadiqova-azerbaycanda-adlara-qoyulan-qadagalar-burada-yasayan-milli-azliqlar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR