Azərbaycanın "bahalı" məmurları - FOTO

Azərbaycanın "bahalı" məmurları - FOTO
11:47 12 Noyabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Gələn ilin yanvar ayından başlayaraq dünyanın ikinci supergücü Rusiyanın nazirləri 40 min dollardan (2,5 milyon rubldan) bahalı avtomobillər ala bilməyəcəklər.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, bu, Azərbaycan məmurlarının istifadə etdiyi ən ucuz avtomobildən iki dəfədən çox ucuzdur.

Bu fikri İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi (İTYM) tərəfindən bir müddət öncə aparılmış araşdırmaya əsasən söyləmək mümkündür. İTYM həmin araşdırması ilə müəyyən etmişdi ki, Azərbaycanda vəzifəli şəxslərin avtomobillərinin dəyəri 80 - 200 min avro arasında dəyişir. Qurum araşdırmasını açıqladıqdan sonra rəsmi dairələrdən heç bir təkzib açıqlaması gəlmədi və rəqəmlər bir növ təsdiqləndi.

Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı ekspert Oqtay Haqverdiyev keçən 1-2 il ərzində vəziyyətin dəyişmədiyini, yüksək çinli məmurların yenə də bahalı avtomobillərdə gəzdiklərini bildirir. "Rəsmi olmasa da, nazirlik və qurumlarda avtomobillərin qiymətinin yuxarı həddinə müəyyən şifahi hədd qoyulub, çünki büdcədən ayrılan bu pullar məhduddur. Amma bəzi nazirlər bu həddə riayət etmirlər və hətta 500 min dollarlıq avtomobillərdə gəzirlər. Ola bilsin ki, avtomobili qeyri-rəsmi pullarla alıb, limit çərçivəsində rəsmiləşdirirlər",- deyə Oqtay Haqverdiyev anspress-ə bildirib.

İqtisadçı ekspertin sözlərinə görə, qurumlar avtomobil sayına qoyulmuş məhdudiyyəti də pozurlar: "Mən işləyən zaman bir dəfə araşdırma aparmışdıq. Komitələrdən biri 4 avtomobil əvəzinə 10 avtomobil almışdı. Baş idarə nəzərdə tutulandan artıq 6 avtomobili tabeçiliyində olan bölmələrin adına rəsmiləşdirmişdi".

Oqtay Haqverdiyev Rusiya təcrübəsindən yararlanaraq dövlət məmurlarının istifadə etdiyi avtomobillərin yuxarı qiymətinə və sayına rəsmi səviyyədə məhdudiyyət qoyulmasını vacib sayır: "Rusiyanın dövlət institutları bu sahədə araşdırma apardıqdan sonra rəsmi qərar veriblər. Azərbaycan da bu təcrübədən yararlanmalıdır. Prezident İlham Əliyev də dəfələrlə dövlət xərclərinə qənaət etməyin vacibliyini vurğulayır".

Rusiya baş naziri Dmitri Medvedevin imzaladığı hökumət sərəncamına görə, gələn ildən federal agentliklərin rəhbərləri isə daha ucuz avtomobillərdə gəzməlidirlər. Onların avtmobillərinin qiyməti 31 min dolları (2 milyon rubl) keçə bilməz. Federal dövlət qurumlarının bölmə rəhbərlərinin avtomobilləri isə 24 min dollardan (1,5 milyon rubl) baha ola bilməz.

Rusiyada bəzi yüksək çinli məmurlar Medvedevin müvafiq sərəncamından da əvvəl qənaət məqsədi ilə ucuz avtmobillərə üstünlük veriblər. Məsələn, Çeçenistan lideri Ramzan Kadırov artıq neçə illərdir ki, 20 min dollarlıq avtomobildə gəzir. Kadırovun mühafizəsində işləyənlər avtomobil barədə zarafat etməyi çox sevirlər: "Yaxşı maşındır, qırılmır, yaxşı gedir. Amma onun da qüsuru var - həddindən çox ucuzdur".

Azərbaycan məmurları barədə isə bunu demək mümkün deyil. İstər 2015-ci ilin, istərsə də 2016-cı ilin büdcələri göstərir ki, Azərbaycanda məmur aparatının saxlanmasına böyük pullar xərclənir. Məsələn, 2015-ci ilin dövlət büdcəsində məhkəmə, hüquq-mühafizə və icra hakimiyyəti sistemlərinin maliyyələşdirilməsi üçün 1,771 milyon manat nəzərdə tutulub. Büdcə layihəsi qəbul olunan zaman 2,2 milyard dollara ekvivalent olan bu rəqəm bəzi MDB ölkələrinin büdcəsindən böyük idi. QırğızıstanIN eyni vaxtda qəbul edilmiş 2015-ci il dövlət büdcəsinin toplam xərcləri 2 milYard dollar keçmirdi.

Onu qeyd edək ki, aparılan hesablamalarda aydın olur ki, xidməti avtomobillərin alınması üçün orta hesabla ildə təxminən 80-100 milyon manata yaxın vəsait xərclənir. Üstəlik həmin qurumların əməkdaşları bir çox hallarda bu maşınlardan xidməti deyil, şəxsi məqsədlər üçün istifadə edirlər. Bəzi rayon icra hakimiyyətlərində orta səviyyəli məmurlar xidməti maşınları əldə etmək üçün öz rəhbərlərinə qeyri-rəsmi pul ödədiklərini iddia edirlər.

Bu rəqəm Azərbaycan çərçivəsində də yetərincə böyük sayılır. Məsələn, ölkənin 5 minə yaxın orta məktəbinin əmək haqqı qarışıq bütün xərclərindən 2 dəfə çoxdur. Büdcədə ümumi təhsil məktəblərinin toplam xərcləri üçün 898 milyon manat ayrılıb. Pensiya təminatı üçün isə büdcədən cəmi 1,1 milyard manat ayrılıb.

Göründüyü kimi, müəllimlərə və pensiyaçıların yoxsul həyatı ilə məmur aparatının israfçı xərcləmələri arasında ciddi disbalans mövcuddur. Azərbaycan yüksək çinli dövlət məmurlarının bu israfçılığına son qoymalıdır. Onsuz da məmurlar sadə vətəndaşlara bürokratik əngəllər yaratmaqla yetərincə qeyri-rəsmi vəsait əldə edirlər. Rəsmi səviyyədə sadə insanların vəziyyətinin nisbətən yaxşılaşdırılması vətəndaşlarda Azərbaycan dövlətinə inamı qat-qat artıra bilər.

Milli.Az




RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

69 yaşlı qadın əməliyyat vaxtı sosial şəbəkədən çıxmadı

24 Aprel 2017 19:37

Prezident İlham Əliyev Ramiz Zöhrabovun ölümü ilə bağlı başsağlığı verdi

24 Aprel 2017 19:36

Peterburqda metro stansiyası bağlandı - Sahibsiz əşya

24 Aprel 2017 19:32

"Cabbarla mənə şər atdılar" - Könül Kərimova

24 Aprel 2017 19:32

Hindistanda 24 polis öldürüldü

24 Aprel 2017 19:29

Melaniya ögey qızına nifrət edir - Ağ Evdə QARŞIDURMA

24 Aprel 2017 19:28

Hamını yoldan çıxaran, anası lüt gəzən, atası bəlli olmayan, NİFRƏT EDİLƏN DAHİ

24 Aprel 2017 19:27

Hamilə Beyonse yeni fotolarını yaydı - FOTO

24 Aprel 2017 19:22

Tramp "erməni soyqırımı" ifadəsini işlətmədi, amma...

24 Aprel 2017 19:17

Messi hələlik 8-ci yerdədir

24 Aprel 2017 19:17

Premyer Liqa:

24 Aprel 2017 19:17

"Mənə perspektivi görmək lazımdı" - Roman Qriqoqrçuk

24 Aprel 2017 19:14

Lalə Məmmədovanın Nərgizi - FOTO

24 Aprel 2017 19:12

Afrika sevgisi yazıçını ölümlə üz-üzə qoydu

24 Aprel 2017 19:08

Bakıda istismar müddəti 50 il əvvəl bitən "ölüm evləri" - FOTO

24 Aprel 2017 19:05

Elmar Məmmədyarov Litva xarici işlər naziri ilə görüşdü - FOTO

24 Aprel 2017 19:05

Akif Çovdarovun məhkəməsi: Şahidlər ifadə verdi

24 Aprel 2017 19:05

İkinci Dünya müharibəsi iştirakçıları ilə bağlı sərəncam imzalandı

24 Aprel 2017 18:59

Maraqlı ADDIM: burada lüt şəkil çəkdirən hər kəs...

24 Aprel 2017 18:58

Tanınmış musiqişünas-alim Ramiz Zöhrabovun vəfatı ilə əlaqədar nekroloq imzalandı

24 Aprel 2017 18:57

Türkiyənin İrandakı səfirliyinin binası qarşısında aksiya - FOTO

24 Aprel 2017 18:57

Prezident Ramiz Zöhrabovla bağlı nekroloq imzalayıb

24 Aprel 2017 18:54

Sabirin şeirləri orta məktəblərdə qadağan olunmalıdır? - RƏYLƏR

24 Aprel 2017 18:53

Məktəbli qızların mesajlaşması cinayətin üstün açdı: 1 ildir müəllimi ilə...

24 Aprel 2017 18:52

Çovdarov işində: "Pul verməməyin dərdindən hamını aldadırdı"

24 Aprel 2017 18:49

Tibb işçilərinin cərimələri artırılır

24 Aprel 2017 18:44

II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək

24 Aprel 2017 18:42

"Gənclər Kuboku" 4 idman növü üzrə yarışlarını yekunlaşdırdı

24 Aprel 2017 18:42

​Kənan Hacının imza günü olacaq

24 Aprel 2017 18:38

Prezident İlham Əliyev: "Soyqırımıda birbaşa əli olan şəxslərin hələ də cəzalandırılmaması onları yeni qanlı əməllərə şirnikləndirir"

24 Aprel 2017 18:37

“HTC” şirkəti tarixdə ilk dəfə virtual reallıq peykini orbitə buraxacaq

24 Aprel 2017 18:35

Almatıda bütün metro stansiyaları təxliyə edilir - BOMBA TƏHLÜKƏSİ

24 Aprel 2017 18:32

Ölən insanın necə dirilə biləcəyi AÇIQLANDI

24 Aprel 2017 18:32

Məşhur aktyor vəfat etdi

24 Aprel 2017 18:30

II Dünya müharibəsi RƏNGLİ FOTOLARDA

24 Aprel 2017 18:28

Bu azərbaycanlı axtarışa verildi - FOTO

24 Aprel 2017 18:27

"Real"ı məyus edən alman sevgilisi ilə... - FOTO

24 Aprel 2017 18:22

Fahişəlik və qumara görə ağır cərimələr

24 Aprel 2017 18:19

Ərdoğan düşmənlərimizə SƏSLƏNDİ: “Çox dəyərli erməni...”

24 Aprel 2017 18:18

"Gözəllik kraliçası" yenidən səhnədə - FOTO

24 Aprel 2017 18:17

Ticarət festivalı ərzində 6,3 mln. manatlıq mal alınıb

24 Aprel 2017 18:14

Kamran Şahsuvarlı: "İslamiadada boks üzrə əsas rəqiblərimiz qazax və özbəklər olacaq" - FOTO

24 Aprel 2017 18:12

Tarixi referendum: Türkiyə təkamül yoluna düzəliş edir

24 Aprel 2017 18:12

Azərbaycanlı qız efirdə erməni mahnısına oynadı

24 Aprel 2017 18:12

Bu görüntülər hamını qorxudur,

24 Aprel 2017 18:10

Ticarət festivalında neçə milyonluq alış-veriş edildi? - RƏSMİ RƏQƏM

24 Aprel 2017 18:09

Merkurinin ölçüləri kiçilib - FOTOLAR

24 Aprel 2017 18:08

Məmurla sevgili olduğu deyilən Samirə: "Əl çəkin..." - FOTO

24 Aprel 2017 18:05

Dövlət Gənc Tamaşaçılar Teatrı İslamiadaya tam hazırdır

24 Aprel 2017 18:05

Lavrov: “Çeçenistanda homoseksualları müdafiə edəcəyik”

24 Aprel 2017 18:03