Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

MTN-nin həbs edilən 4 əməkdaşının ADLARI məlum oldu

MTN-nin həbs edilən 4 əməkdaşının ADLARI məlum oldu

Date: 12 November 2015 11:49

Həbs edilən şəxslər MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin əməkdaşlarıdır

 

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) barəsində həbs qətimkan tədbiri seçilmiş 4 əməkdaşının adı məlum olub.

 

APA-nın əldə etdiyi məlumata görə, həbs edilən şəxslər MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin əməkdaşlarıdır.

 

Məlumata görə, barəsində həbs qətimkan tədbiri seçilən şəxslər MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin idarə rəisi Akif Əliyev, şöbə rəisi Orxan Osmanov, həmçinin, Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Natiq Alıyev və Zaur Məmmədovdur.

 

 

Xatırladaq ki, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov bir neçə gün əvvəl işindən və milli təhlükəsizlik orqanlarından xaric edilib.

 

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


Tags:  MTN-nin həbs edilən əməkdaşının ADLARI məlum oldu

RƏYLƏR


Top news