Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Millimiz Türkiyə yığması ilə qarşılaşacaq

Millimiz Türkiyə yığması ilə qarşılaşacaq

Date: 12 November 2015 11:53


Bakı, 12 noyabr, AZƏRTAC
Bu gün 19 yaşadək futbolçular arasında “Avro-2016”nın seçmə mərhələsində millimizin yer aldığı 5-ci qrupda ikinci turun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Bayıl stadionunda qrup matçları çərçivəsində iki qarşılaşma təşkil olunacaq.
Günün ilk qarşılaşmasında qrupun liderləri meydana çıxacaq. Birinci turda qalib gələn Bosniya və Herseqovina və Ukrayna yığmaları üz-üzə gələcək. Bu görüşdə qalib gələn komanda növbəti mərhələyə vəsiqəni təmin etmiş olacaq. Matç saat 14:00-da start götürəcək.
Digər dueldə isə iki qardaş ölkə - Azərbaycan və Türkiyə futbolçuları görüşəcək. İlk turda məğlub olan hər iki komanda üçün növbəti xal itkisi qrupla vidalaşmaq deməkdir. Qrupda qalmaq üçün mübarizə aparan baş məşqçi Nazim Süleymanovun yetirmələri ikinci sınağında Türkiyə yığmasını məğlub etməlidir. Oyun saat 18:00-da başlayacaq.

Tags:  Millimiz Türkiyə yığması qarşılaşacaq


RƏYLƏR


Top news