Tələbə oğlan baş kəsməsinin sirrini açıqladı: "Bacımı sevirdi, sonra isə..."

Tələbə oğlan baş kəsməsinin sirrini açıqladı: "Bacımı sevirdi, sonra isə..."
11:57 12 Noyabr 2015
151 Digər
Ölkə mətbuatı
A- A+

Dünən səhər saatlarında Nizami rayonu, Qara Qarayev prospektində 23 yaşlı Elnur Nəsirovun 19 yaşlı əmisi oğlu Elşəni öldürməsində qısqanclıq əsas göstərilirdi.

Polis tərəfindən tutulan Elnur Nəsirov əmisi oğlunu bacısına görə öldürdüyünü deyib.

Milli.Az xəbər verir ki, criminal.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Texniki Universitetinin Sənayenin Təşkili və İdarəolunması fakültəsinin II kurs tələbəsi olan Elnur ilkin ifadəsində bildirib ki, əmisi oğlu onun bacısını sevirdi. Bir müddət onunla münasibəti olub, lakin sonradan bacısına qarşı vəfasızlıq edib. Elşən bir müddət əvvəl başqa bir xanımla ailə həyatı qurub. Onun hərəkəti isə Elnurun qəzəbinə səbəb olub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/381861.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR