Ayda Mosharraf Bakıya gəlir - "Yanğın var"

Ayda Mosharraf Bakıya gəlir - "Yanğın var"
12:06 12 Noyabr 2015
42 Şou
Ölkə mətbuatı
A- A+

Noyabrın 27-də "VI THE FİRST" mükafatları sahiblərinə təqdim ediləcək.

Bu barədə Axşam.az-a tədbirin təşkilatçısı Xəyal Rza məlumat verib.

Onun sözlərinə görə, bu il 6-cı dəfə veriləcək mükafatın təqdimetmə mərasimində Azərbaycan və Türkiyənin tanınmış elm, mədəniyyət və siyasət adamları iştirak edəcək. Tədbirə "O səs Türkiyə" yarışmasındakı "Üsyan", "Yanğın var" ifaları ilə məşhurlaşan, əslən azərbaycanlı olan Ayda Mosharraf də qatılacaq:

"Bu mükafat mədəniyyətin inkişafı üçün nəzərdə tutulsa da, elm, siyasət, iqtisadiyyat, ədəbiyyat nümayəndələrinə də təqdim edilir. Bizim təqdim etdiyimiz "VI THE FİRST" mükafatı beynəlxalq mükafat sayılır. Mükafat monitorinq qrupumuzun seçdiyi namizədlərə təqdim ediləcək".

X.Rza bildirib ki, bu il Azərbaycan tərəfindən "ilin sənətçisi" ödülü xalq artisti Faiq Ağayevə təqdim olunacaq.

Qeyd edək ki, əvvəlki illərdə Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıc, deputatlar Qənirə Paşayeva, Jalə Əliyeva, Məlahət İbrahimqızı, Aqil Abbas, Türkiyənin tanınmış sənətçiləri Selami Şahin, Hilal Saral, Saruhan Hünel, Erkan Petekkaya, Bəyazit Öztürk, Serenay Sarıkaya, Soner Sarıkabadayı bu mükafata layiq görülüblər.

Biletlərlə bağlı ətraflı suallar üçün (050,055,070) 776 76 76 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Mükafat mərasimi ilə bağlı ən son yenilikləri aşağıdakı "Facebook" ünvanından əldə edə bilərsiniz:
 
https://www.facebook.com/THE-F%C4%B0RST-AWARD-812469622124266/timeline










Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=40622

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR