Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 4 faizə yaxın azalıb

Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 4 faizə yaxın azalıb

Date: 12 November 2015 12:08

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı son bir ayda 4535 ailə və ya 4 faizə yaxın azalıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, cari ilin oktyabr ayında ölkəmizdə ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 4535 ailə və ya 4 faizə yaxın azalaraq 112385-ə enib. Həmçinin bu yardımla təmin olunan ailələrdəki ailə üzvlərinin sayı 486078 nəfər olmaqla, 5,1 faiz (26268 nəfər) azalıb.

ƏƏSMN tərəfindən ünvanlı dövlət sosial yardımı proqramının icrasında şəffaflığın təmin olunması istiqamətində son illərdə həyata keçirilən tədbirlər bu dövlət yardımlarının ünvanlılıq prinsipi əsasında məhz əhalinin aztəminatlı hissəsinə yönəldilməsinə xidmət edir. Bu istiqamətdə görülən işlər ünvanlı dövlət sosial yardımın orta aylıq məbləğinin isə artmasına gətirib çıxarıb. Belə ki, 01 noyabr 2015-ci il tarixə olan statistikaya əsasən, hər ailəyə ödənilən ünvanlı dövlət sosial yardımlarının orta aylıq məbləği isə ötən ilin oktyabr ayı ilə müqayisədə 17 faizədək artaraq, 153,63 manata çatıb.

Ünvanlı dövlət sosial yardımı ödənilən ailələrdəki ailə üzvlərinin 47,5 faizini, yəni 231179 nəfərini 18 yaşadək olan ailə üzvləri təşkil edir ki, onlardan 1 yaşadək olan 5561 nəfər uşağın hər birinə görə ünvanlı dövlət sosial yardımından əlavə olaraq hər ay 45 manat sosial müavinət də ödənilir. Ünvanlı dövlət sosial yardımı proqramının əhatə etdiyi ailələrin 28,2 faizi və ya 31727-si tərkibində üç və daha çox uşağı olan ailələrdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanına uyğun olaraq, nazirlik tərəfindən ünvanlı dövlət sosial yardımı sisteminin çevik və mükəmməl proqram təminatı əsasında avtomatlaşdırılmış infrastrukturu hazırlanıb. Bu yeni sistem ünvanlı dövlət sosial yardımı üçün müraciətlərin edilməsi, bu müraciətlərə baxılması, yardım təyin olunub-olunmaması barədə qərar qəbulu və bu barədə vətəndaşa məlumat verilməsi prosesinin tam avtomatlaşdırılmış şəraitdə həyata keçirilməsinə səbəb olacaq.

Fərmana əsasən, hazırda aidiyyəti dövlət orqanları tərəfindən ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri üzrə tələb olunan arayış və məlumatlara dair informasiya sistemlərinin və ehtiyatlarının özlərinin "Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemləri və ehtiyatlarının siyahısına əlavə edilməsi işləri aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı faizə yaxın azalıb

RƏYLƏR


Top news