Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Çingiz Abdullayev Bank VTB (Azərbaycan)ın qonağı olub

Çingiz Abdullayev Bank VTB (Azərbaycan)ın qonağı olub

Date: 12 November 2015 12:08


Bakı, 12 noyabr, AZƏRTAC
Bank VTB (Azərbaycan)ın baş ofisində Azərbaycanın Xalq yaziçisi, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev ilə görüş keçirilib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, görüşdə Bank VTB (Azərbaycan)ın idarə heyətinin sədri Yuri Yakovlev və Çingiz Abdullayev Azərbaycan ədəbiyyatı, incəsənəti barədə fikirlərini paylaşıb, mədəniyyət, incəsənət və idman sahəsində VTB qrupun həyata keçirdiyi sponsor layihələrini müzakirə ediblər. Yuri Yakovlev qeyd edib ki, bank Rusiyada bir çox idman klublarını dəstəkləyir və bir sıra yığmalara sponsorluq edir. VTB Rusiyanın mədəniyyət həyatında da fəal iştirak edir. Bank "Bolşoy teatr" və "Tretyakov" Qalereyasınn Qəyyumlar şuralarına daxildir, aparıcı bədii kollektivlərin tərəfdaşıdır.
Görüşün sonunda yazıçıya rus və dünya ədəbiyyatı klassiklərinin unikal nəşrlər seriyası hədiyyə edilib. Bu kitablar Rusiya dövlət kitabxanası və VTB-nin "Dünya ədəbiyyatı klassikləri. Söz və Obraz" adlı birgə layihəsi çərçivəsində nəşr olunub. Çingiz Abdullayev öz imzası ilə olan bir neçə kitabını Yuri Yakovlevə hədiyyə edib.


Tags:  Çingiz Abdullayev Bank VTB Azərbaycanın qonağı olub



RƏYLƏR


Top news