Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Maşınını ağaca çırpan polis öldü - AZƏRBAYCANDA

Maşınını ağaca çırpan polis öldü - AZƏRBAYCANDA

Date: 12 November 2015 12:09

 

Mingəçevir şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, şəhərin Heydər Əliyev prospektində Oğuz rayonu Padar kənd sakini, 1969-cu il təvəllüdlü Əliyev Füzuli Yaqub oğlu özünə məxsus 90-KG-046 dövlət nömrə nişanlı, “VAZ 21015” markalı minik avtomobili ilə hərəkətdə idarəetməni itirib, avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə F. Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Məlumata görə polis serjantı F. Əliyev Oğuz rayon Polis Şöbəsinin əməkdaşı olub.

 

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.    


Tags:  Maşınını ağaca çırpan polis öldü AZƏRBAYCANDA

RƏYLƏR


Top news