Manatı hansı səbəblər ucuzlaşdıra bilər?

Manatı hansı səbəblər ucuzlaşdıra bilər?
12:12 12 Noyabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Son günlər manatın ABŞ dollarına nəzərən Mərkəzi Bankın (AMB) bu ilin fevralın 21-də müəyyən etdiyi 1 $ = 1.05 AZN məzənnədən cüzi də olsa kənara çıxması hökumətin Milli Məclisə seçkilərdən sonra guya yenidən kəskin devalvasiyaya gedəcəyi haqda fikir irəli sürənlər üçün bir növ "əlavə istinad yerinə" çevrilib. 

Halbuki, heç bir ciddi dəyişiklik baş verməyib və manatın əslində, hər hansı bir şəkildə ucuzlaşdığından da söhbət gedə bilməz.
Bəs nə baş verir? 
Əvvəla, ABŞ dolları dünyanın hər yerində bahalaşır. Bunu isə 2 əsas səbəb şərtləndirir: birincisi, neftin qiymətinin aşağı olması, ikincisi isə ABŞ iqtisadiyyatının müsbət istiqamətdə inkişafı... Birinci barədə qeyd edək ki, neftin ucuz olması fonunda ABŞ dollarının məzənnəsinin möhkəmlənməsi adi haldır və bunun sözügedən pul vahidinin dünyanın 1 nömrəli aparıcı valyutası olmasından irəli gəldiyi aydın məsələdir. 
Belə ki, neftin dəyəri düşdükdə investorlar məhz dollara və qızıla meyl edirlər.
Sözümüz bunda deyil.

ABŞ iqtisadiyyatında müsbət inkişaf templərinə gəldikdə isə, təkcə oktyabrda adı çəkilən ölkədə 271 min yeni iş yeri açılıb. Bu da keçən ilin dekabr ayından bəri ən yüksək rəqəmdir. Nəticədə işsizlik səviyyəsi 0,1 % aşağı enməklə 5 %-ə düşüb ki, bu da 2008-ci ilin aprel ayından keçən dövr ərzində ən aşağı səviyyədir. 

Sual yarana bilər ki, nəyə görə işsizlik göstəricisini qeyd etdik? Ona görə ki, hər hansı bir ölkənin iqtisadiyyatında yeni iş yerlərinin açılması tendensiyası varsa və bu, əgər, ardıcıl olaraq müşahidə edilirsə, deməli, orada inkişaf var.

Yeri gəlmişkən, ABŞ-ın Əmək Statistikası Bürosunun məlumatlarına əsasən qeyd etdiyimiz bu rəqəmlər ölkə iqtisadiyyatının kənd təsərrüfatı sahəsi üzrə müvafiq göstəriciləri əhatə etmir.
Elə bütün bunlara görə də sözügedən ölkənin mərkəzi bankı sayılan Federal Ehtiyat Sisteminin (FES) nəhayət, gələn ay kreditlər üzrə baza faiz dərəcəsini artırmaq haqda qərar verəcəyi bildirilir.
Digər tərəfdən, təkrar edirik: manat, əslində, ucuzlaşmayıb. 

AMB tərəfindən bu ilin fevral ayının 21-də müəyyən edilən 1 $ = 1.05 AZN məzənnəsindən sonra dolların manata nəzərən bir ara hətta 0,0014-0,0037 bənd dəyərə qədər yüksəldiyi qeydə alınıb. Belə ki, bu ilin aprelin 13-də məzənnə 1 $ = 1,0537 səviyyəsində qeydə alınmışdı ki, aprelin 14-də isə 1 $ = 1,0514 oldu. Bu, həmin vaxt idi ki, AMB-nin fevralın 21-də 34 %-lik devalvasiya qərarından sonra ölkədə ABŞ dollarına tələbatda "aclıq" yaranmışdı. 
Hansı ki, may ayında bu tendensiya səngidi.
Odur ki, son günlər manatın dollara nəzərən 1 $ = 1.05 AZN məzənnəsindən 0,0001-0,0005 bənd yuxarı doğru kənarlaşması adi haldır. Və bu, üstəlik ABŞ milli valyutasına qarşı ölkəmizdə artıq heç bir "aclıq" müşahidə olunmadığı halda baş verir.
Lakin bir sual da yaranır: manatın 1 $ = 1.05 AZN məzənnədən 0,0001 və yaxud bir az da fərqli şəkildə kənara çıxması, görəsən, növbəti devalvasiya haqda ilkin "siqnal" sayıla bilərmi?
Birmənalı olaraq qeyd edək ki, yox!.. 

Ümumiyyətlə, AMB-nin müəyyən etdiyi məzənnədə bu və ya digər istiqamətdə titrəyişlərə əsasən devalvasiya barədə proqnoz irəli sürülə bilməz. Çünki bu, əsas təzyiq mənbələri üzrə konkret fikir söyləməyə imkan vermir. 
Bununla belə, əvvəllər də qeyd etmişdik ki, əsas odur, əhalidə dollara yönəlik yenə "aclıq" yaranmasın. 
Yeri gəlmişkən, AMB-nin rəsmi valyuta ehtiyatları həcmi sentyabr ayında da azalmışdı. Ancaq oktyabrın əvvəlinə sentyabr ayının 1-i tarixinə 7 milyard 315 milyon 400 min dollar məbləğində olan ehtiyat 7 milyard 44 milyon 200 min dollar təşkil etmişdi ki, bu da 271 milyon 200 min dollar azalma baş verdiyi demək idi. 
Oktyabr ayında isə bu rəqəm cəmi 180 milyon dollar təşkil etmişdir. 

Beləliklə də əldə olunan nəticə bundan ibarətdir ki, daxili valyuta bazarında ajiotaj  səngiyib.

Ümumiyyətlə, il ərzində fevral, mart və avqust aylarında müşahidə edilən "dollar aclığı"  həqiqətən tamamilə aradan qalxıb. Və göründüyü kimi neftin qiymətinin 50 dollardan aşağı olması fonunda AMB-yə manatın məzənnəsini 1 $ = 1.05 AZN səviyyəsində saxlamaq üçün 100-150 milyon dollar xərcləmək də kifayət edir.

Odur ki, hər şey ABŞ dollarını dünyada bahalaşdıran 2 əsas səbəbin necə inkişaf edəcəyindən asılı olacaq. Bu baxımdan isə qeyd edək ki, ABŞ iqtisadiyyatının müsbət istiqamətdə inkişaf tempi nə qədər uğurla davam etsə də bu, neftin ucuzlaşması fonunda dolların möhkəmlənməsinə əsasən "düz yoldan kənara da çıxa" bilər. Belə ki, təkcə oktyabrda adı çəkilən ölkədə qeyd etdik ki, 271 min iş yeri açılıb. Ancaq eyni zamanda, emaledici və hasiledici sənayedə bunun əksinə olan tendensiya baş verib. Belə ki, neftin ucuz olması ABŞ iqtisadiyyatında bu sahələri "vurur". 

Bu baxımdan, FES-in gələn ay kreditlər üzrə baza faiz dərəcəsini artıracağı da sual altındadır.

O ki qaldı neftin qiymətinə, bahalaşma olmayacaqsa da ucuzlaşma, fikrimizcə, əgər 40 dollardan aşağı səviyyəni görməsə, manat üçün heç bir ciddi təhlükə baş verməyəcək. 

Bu mənada, hökumətin yenidən kəskin devalvasiyaya gedəcəyi haqda fikir irəli sürənlər də bunun üçün seçkilərdən sonrakı dövrə və yaxud  da ki, məzənnədəki "titrəyişlər" kimi amillərə deyil, məhz neftin dünya bazar qiymətinin enmə həddinə və o cümlədən, AMB-nin 1 $ = 1.05 AZN məzənnəni saxlamaq üçün xərclərinə diqqət yetirsələr, yaxşıdır. 

Pərviz Heydərov
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Yaşar Nurinin qızı müğənniliyə başladı? – “Səhnə üçün ölürəm”

24 Avqust 2017 10:59

ABŞ nüvə döyüş başlığı daşıyan yeni qanadlı raket yaradacaq

24 Avqust 2017 10:57

Qəhrəmanların qarşılanması - Fotoların dili ilə

24 Avqust 2017 10:57

VİDEO: Qənirə Paşayeva səhnədə mahnı oxudu

24 Avqust 2017 10:55

İlham Əliyev yeni “Tufan” gəmisinin təməlini qoydu

24 Avqust 2017 10:53

Astan Şahverdiyev: "Qarabağ FK"-nın qələbəsi məni maraqlandırmır"

24 Avqust 2017 10:53

Azərbaycan Prezidenti yeni inşa edilən “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub

24 Avqust 2017 10:52

Türkiyədə sərnişin avtobusu körpüyə çarpılıb, 5 nəfər ölüb, çoxlu sayda sərnişin yaralanıb

24 Avqust 2017 10:52

Magistr və doktorantlar tələbə krediti ala biləcək - YENİLİKLƏR

24 Avqust 2017 10:49

İlham Əliyev “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub

24 Avqust 2017 10:49

Rövnəq Abdullayev: “Bu, böyük tarixin ilk sətirləridir”

24 Avqust 2017 10:47

Məşhurların “Qarabağ” sevinci - FOTO/VİDEO

24 Avqust 2017 10:43

“Nüvə anbarı üzərində...” - ABŞ-a NÖVBƏTİ TƏHDİD

24 Avqust 2017 10:43

Bakıdakı toz dumanı nə vaxt çəkiləcək? - RƏSMİ AÇIQLAMA

24 Avqust 2017 10:39

Astara-Astara dəmir yolu 6 ay sonra fəaliyyətə başlayacaq

24 Avqust 2017 10:37

Azərbaycan vətəndaşının daxili orqanında heroin və metamfetamin aşkar olunub

24 Avqust 2017 10:37

Quba-Xaçmaz avtomobil yolunda təmir-bərpa işləri aparılır

24 Avqust 2017 10:37

Fasilədə Qurban Qurbanov dedi ki..." - Rəşad Sadıqov

24 Avqust 2017 10:37

“Samsung” şirkəti “Galaxy Note8” smartfonunu təqdim edib

24 Avqust 2017 10:35

Azərbaycanı şoka salan xəbər gəldi...

24 Avqust 2017 10:34

FÖVQƏLADƏ QEYRİ-ADİLİK! Heyrətə gələcəksiniz!

24 Avqust 2017 10:33

Prezident İlham Əliyev İtaliyanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib

24 Avqust 2017 10:32

Nazirlik: Bakıda müşahidə olunan tozun miqdarı gün ərzində norma həddinə enəcək

24 Avqust 2017 10:32

“Oba köçdü” gülünün kədəri

24 Avqust 2017 10:24

Bu rəqsi etdiyinə görə onu həbs etdilər

24 Avqust 2017 10:24

ƏMDK: Müvafiq rəyi olmadan torpaqlar icarəyə və istifadəyə verilə bilməz

24 Avqust 2017 10:22

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (24.08.2017)

24 Avqust 2017 10:22

“İçerde” serialının qəhrəmanlarından GÖZLƏNİLMƏZ ADDIM - FOTO

24 Avqust 2017 10:18

Kılıçdaroğlu: " Biz qarderob Atatürkçüsü deyilik!" - VİDEO

24 Avqust 2017 10:18

“Para” BOKT kütləvi istiqraz emissiyası da planlaşdırır

24 Avqust 2017 10:17

Qaynadılmış qarğıdalının faydaları

24 Avqust 2017 10:17

Onlar "Qarabağın qələbəsini belə bayram etdilər...

24 Avqust 2017 10:14

Bakıda "Küləyin rəqsi" Beynəlxalq Çərpələng Festivalı keçiriləcək

24 Avqust 2017 10:12

Abşeron rayonunda körpənin üzərinə televizor düşməsi nəticəsində ölüb

24 Avqust 2017 10:12

Leyla Əliyevadan "Qarabağ"a TƏBRİK

24 Avqust 2017 10:08

"Qarabağ"ın qələbəsi erməniləri özündən çıxardı

24 Avqust 2017 10:06

Bakıda klassik avtomobillərin yürüşü və sərgisi keçiriləcək

24 Avqust 2017 10:02

"Qarabağ"ın vurduğu TARİXİ QOL

24 Avqust 2017 09:57

57 yaşlı müğənni özünü 6 yaş cavanlaşdırdı - FOTO

24 Avqust 2017 09:53

Proqnozlar Bürosu: Avqustun 27-dək Azərbaycanda arabir güclənən şimal küləyi əsəcək

24 Avqust 2017 09:52

Azərbaycan nefti bahalaşıb

24 Avqust 2017 09:52

"Qarabağ" Bakıya qayıtdı - AEROPORTDAN GÖRÜNTÜLƏR

24 Avqust 2017 09:49

VALYUTA MƏZƏNNƏLƏRİ

24 Avqust 2017 09:48

Xarici valyutaların manata qarşı məzənnələri

24 Avqust 2017 09:47

Şahin Mustafayevin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

24 Avqust 2017 09:42

Tarixdə bu gün

24 Avqust 2017 09:40

"Qarabağ"ın rəqibləri bəlli olur - BÖYÜK ANA AZ QALDI

24 Avqust 2017 09:39

"Qarabağ" komandası Azərbaycana qayıdıb

24 Avqust 2017 09:37

PÜŞKATMA: "Qarabağ"ın rəqibləri bu axşam bilinəcək:

24 Avqust 2017 09:37

"Qarabağ" səhər saatlarında Bakıya qayıtdı

24 Avqust 2017 09:35