​İraqın Mosul əyalətində genişmiqyaslı hərbi əməliyyat başlayıb

​İraqın Mosul əyalətində genişmiqyaslı hərbi əməliyyat başlayıb
12:12 12 Noyabr 2015
60 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ İraqın Mosul əyalətinin Sincar (Şengal) rayonunun terrorçu İŞİD qruplaşmasından azad edilməsi üçün genişmiqyaslı hərbi əməliyyat başlayıb.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, havadan İraqdakı koalisya qüüvələrinin dəstəkləyəcəyi əməliyyatda İraqın şimalındakı kürd muxtariyyətinin silahlı dəstələrinin 7 500 döyüşçüsü iştirak edir.
Sincarla yanaşı Telafer şəhərinin də terrorçulardan təmizlənməsi üçün havadan bombalanacağı gözlənilir.
Mosulun mərkəzindən 120 km qərbdə yerləşən Sincar rayonunu 2014-cü il avqustun 3-də İŞİD ələ keçirib. Bundan sonra minlərlə sakin qaçqın düşüb. Keçirilən əməliyyat nəticəsində Sincar dağı terrorçulardan təmizlənsə də, rayon mərkəzi hələ də İŞİD-in nəzarəti altındadır. 


Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/i-raqin-mosul-eyaletinde-genismiqyasli-herbi-emeliyyat-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR