Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyəli basketbolçu Nyu-Yorkda ölü tapılıb

Türkiyəli basketbolçu Nyu-Yorkda ölü tapılıb

Date: 12 November 2015 12:12

ABŞ əsilli türkiyəli basketbolçu Əli Qaradəniz Nyu-Yorkda ölü tapılıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, 35 yaşlı basketbolçunun cəsədi hərəkətsiz avtomobildə aşkarlanıb.

2010-cu ildə Türkiyə vətəndaşlığını qəbul etmiş basketbolçu avtomobilin arxa oturacağında başı yarılmış halda olub. Bir neçə gün öncə yoxa çıxan idmançının axtarışına noyabrın 5-dən başlanılıb. Buna səbəb Ə.Qaradənizin itkin düşməsi ilə bağlı məlumatın polisə həmin tarixdə verilməsidir.

Qeyd edək ki, Türkiyə vətəndaşlığını qəbul etmədən öncə adı Maykl Rayt olan basketbolçu karyerası ərzində Türkiyə, İspaniya, İsrail, Almaniya, Fransa və Cənubi Koreya çempionatında çıxış edib.

Milli.Az


Tags:  Türkiyəli basketbolçu Nyu-Yorkda ölü tapılıb

RƏYLƏR


Top news