Ünvanlı yardımı alan ailələrin sayı azalıb

Ünvanlı yardımı alan ailələrin sayı azalıb
12:14 12 Noyabr 2015
12 Sosial
Ölkə mətbuatı
A- A+

 

Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı son bir ayda 4535 ailə və ya 4 faizə yaxın azalıb.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, cari ilin oktyabr ayında ölkəmizdə ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə azalaraq 112385-ə enib.

Həmçinin bu yardımla təmin olunan ailələrdəki ailə üzvlərinin sayı 486078 nəfər olmaqla, 5,1 faiz (26268 nəfər) azalıb.

 Bu ilin 1 noyabr tarixinə olan statistikaya əsasən, hər ailəyə ödənilən ünvanlı dövlət sosial yardımlarının orta aylıq məbləği isə ötən ilin oktyabr ayı ilə müqayisədə 17 faizədək artaraq, 153,63 manata çatıb.

Qeyd edək ki, ünvanlı dövlət sosial yardımı ödənilən ailələrdəki ailə üzvlərinin 47,5 faizini, yəni 231179 nəfərini 18 yaşadək olan ailə üzvləri təşkil edir ki, onlardan 1 yaşadək olan 5561 nəfər uşağın hər birinə görə ünvanlı dövlət sosial yardımından əlavə olaraq hər ay 45 manat sosial müavinət də ödənilir.

Bundan başqa məlumatda bildirilir ki, ünvanlı dövlət sosial yardımı proqramının əhatə etdiyi ailələrin 28,2 faizi və ya 31727-si tərkibində üç və daha çox uşağı olan ailələrdir.

Prezidenti İlham Əliyevin fərmanına əsasən, hazırda aidiyyəti dövlət orqanları tərəfindən ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri üzrə tələb olunan arayış və məlumatlara dair informasiya sistemlərinin və ehtiyatlarının özlərinin "Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemləri və ehtiyatlarının siyahısına əlavə edilməsi işləri aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221297

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR