Hollivudda çox böyk qalmaqal yaşanır. Hələlik ad və soyadı çəkilməyən məşhur aktyorun məşuqələrini QİÇS/HİV virusuna yoluxdurduğu bəlli olub.
Milli.Az Radar Online-a istinadən bildirir ki, dünyaca məşhur aktyorla bağlı qalmaqalı polis araşdırmağa başladığından onun adı inkoqnito saxlanılır.
"Tinseltown star" (Tinseltaun ulduzu) kimi təqdim olunan aktyorun ölümcül xəstəliyə yoluxdurduğu məşuqələri arasında 6 məşhur aktrisa da var. Həmin aktrisalardan ikisi "Oskar" mükafatları laueratıdır.
Eyni zamanda, QİÇS-ə yoluxan qadınlar arasında modellər, teleaparıcılar və qlamur ulduzların da yer aldıqları vurğulanır.
Milli.Az