Prezidentin köməkçisi: “Azərbaycan yüksək beynəlxalq nüfuza malik ölkədir”

Prezidentin köməkçisi: “Azərbaycan yüksək beynəlxalq nüfuza malik ölkədir”
12:19 12 Noyabr 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Elçin Əmirbəyov Birinci vitse-prezidentin köməkçisi təyin edildi (24 İyun 2017 11:13)
E.O.Əmirbəyov Birinci vitse-prezidentin köməkçisi təyin edilib (24 İyun 2017 11:08)
Elçin Əmirbəyov Birinci vitse-prezidentin köməkçisi təyin edildi (24 İyun 2017 11:05)

“İnsan hüquq və azadlıqlarının təminatına ən böyük maneə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir”

 

 

“1990-cı illərin əvvəllərində müstəqillik əldə etdikdən sonra Azərbaycanda hüquqi dövlət quruculuğu, demokratik, plüralist cəmiyyətin formalaşdırılması qarşıda duran başlıca vəzifə kimi müəyyən edilib. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və bu gün 20 yaşı tamam olan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında hakimiyyət bölgüsünün, liberal iqtisadiyyatın, vətəndaş cəmiyyəti quruculuğunun, insan hüquq və azadlıqlarının təməl prinsipləri təsbit olunmuş və sonrakı mərhələdə uğurla həyata keçirilib”

 

“Konstitusion hüquq və azadlıqların təmin olunmasında ölkədaxili və beynəlxalq təşkilatların əməkdaşlığının rolu” mövzusunda keçirilən Ombudsmanların Bakı Beynəlxalq Konfransında çıxış edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

 

Ə. Həsənov bildirib ki, bu gün Azərbaycan müstəqil siyasət yürüdən, demokratik, dinamik inkişaf edən və yüksək beynəlxalq nüfuza malik ölkədir: “Azərbaycanda vətəndaş cəmiyyəti inkişaf edir, hər kəsin fikir, söz və məlumat azadlığı təmin olunub, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün zəruri şərait yaradılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qəti mövqeyi ondan ibarətdir ki, müasir dövrdə müstəqil siyasi kurs, liberal iqtisadi sistem və güclü vətəndaş cəmiyyəti hər bir ölkənin dinamik inkişafını təmin edən başlıca vasitələrdir. Məhz buna görə də Azərbaycan dövləti demokratik prinsiplərin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təşviqi, vətəndaş cəmiyyəti institutlarının daha da inkişaf etdirilməsi, onların fəaliyyətinin stimullaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirir. Müstəqillik illərində Azərbaycan özünün yeni inkişaf modelini yaradıb və mütərəqqi  təcrübə kimi onu bütün dünyaya təqdim edib. Cəmi 10 il ərzində iqtisadi potensial 3 dəfədən çox artıb, yoxsulluq və işsizlik kimi problemlər əsaslı şəkildə həll edilib, sosial-iqtisadi infrastruktur ən qabaqcıl standartlara uyğun yenidən qurulub, davamlı sosial rifah və ümumilikdə, ölkənin müasir simasının formalaşdırılması istiqamətində nəhəng işlər görülüb. Regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutub, güclü dövlət və etibarlı tərəfdaş imici qazanıb. Mübaliğəsiz demək olar ki, bu tarixi sıçrayış məhz Prezident İlham Əliyevin milli iradəyə əsaslanan, müstəqil və düşünülmüş siyasəti sayəsində mümkün olub”.

 

Ə. Həsənov qeyd edib ki, bütün bu nailiyyətlər heç də asan əldə edilməyib: “Ötən əsrin sonlarında Azərbaycan qonşu Ermənistanın ərazi iddiaları və təcavüzkar siyasəti ilə üz-üzə qalıb. Birmənalı şəkildə demək olar ki, ermənilər məqsədyönlü şəkildə münaqişəni silahlı mübarizə müstəvisinə keçirib. Hələ 1980-ci illərin sonlarında Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlı deportasiya olunub. 1992-ci ilin əvvəllərində isə Ermənistan Azərbaycana qarşı hərbi əməliyyatlara başlayıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azərbaycanlıların yaşadığı Xocalı şəhərində soyqırım törədilib, yüzlərlə insan qətlə yetirilib, mindən artıq sakin isə əsir götürülüb. Daha sonra Dağlıq Qarabağ bölgəsinin (4 400 kv. km) hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan ətrafındakı 7 rayon (17 000 kv.km) ermənilər tərəfindən işğal olunub, bir milyona yaxın azərbaycanlı məcburi köçkün vəziyyətinə salınıb. Hazırda Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Qarabağ uğrunda döyüşlərdə 20 mindən çox Azərbaycan vətəndaşı həlak olub, 100 000 nəfərədək yaralanıb, 50 000 nəfər isə əlil olub. İşğal edilmiş ərazilərdə bütün sosial, iqtisadi və  mədəni infrastruktur dağıdılıb. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin  Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədar 7 bəyanat və 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul edib. Lakin Ermənistan indiyə kimi bu qətnamələrin tələblərini yerinə yetirmir və beynəlxalq hüquqa zidd mövqeyini davam etdirir. 1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən zirvə toplantısında münaqişənin nizama salınmasının beynəlxalq-hüquqi bazasını təşkil edən sənəd qəbul olunub. Zirvə toplantısı zamanı Prezident Heydər Əliyevin gərgin əməyi və diplomatik istedadı sayəsində münaqişənin həllinin siyasi-hüquqi çərçivələrini müəyyənləşdirən xüsusi  bəyanat qəbul edilib. Bu bəyanat Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən müdafiə olunub və Lissabon sammitinin yekun qərarında öz əksini tapıb. Dünyanın digər nüfuzlu beynəlxalq təşkilatları da münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən çoxsaylı qərar və qətnamələr qəbul ediblər. 2005-ci il yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamədə Azərbaycan ərazilərinin böyük bir hissəsinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu və separatçıların Dağlıq Qarabağ regionuna nəzarət etdiyi göstərilib. Qətnamədə Ermənistanın yeritdiyi etnik təmizləmə siyasəti pislənmiş, bu siyasətin və hərbi əməliyyatların monoetnik ərazilərin yaranmasına gətirib çıxarmasından narahatlıq bildirilib. Bununla yanaşı, sənəddə deyilib ki, Avropa Şurasının üzvü olan ölkənin başqa ölkənin ərazilərini işğal altında saxlaması onun öhdəliklərinə açıq-aşkar ziddir. 2015-ci il oktyabrın 1-də AŞPA-nın Siyasi məsələlər komitəsinin iclasında "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" adlı məruzənin hazırlanması üçün məruzəçi təyin edilib. Avropa Parlamenti də Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsinə mane olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin həllinə dair sənədlər qəbul edib. 2010-cu il mayın 20-də qurumun qəbul etdiyi “Cənub Qafqaz üçün Avropa İttifaqının strategiyasına ehtiyac üzrə” qətnamədə “Dağlıq Qarabağ da daxil olmaqla, Dağlıq Qarabağı əhatə edən bütün işğal olunmuş Azərbaycan torpaqlarının tez bir zamanda boşaldılması” tələb olunub. Onu da qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini ehtiva edən 20-yə qədər sənəd qəbul edib. 2010-cu il noyabrın 20-də NATO-nun qəbul etdiyi Bəyannamədə bildirilib ki, təşkilat Azərbaycan, Gürcüstan, Ermənistan və Moldovanın ərazi bütövlüyünü dəstəkləyir və bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdar çıxır. Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda sülh və təhlükəsizliyin təmin edilməsi məsələsinə böyük önəm verir və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Azərbaycan torpaqlarının 20%-i işğal altında saxlayan, digər region ölkələrinə qarşı ərazi iddiaları, həmçinin Türkiyəyə qarşı qondarma “erməni soyqırımı” tələbi  irəli sürən, torpaq və təzminat  tələb edən Ermənistan isə öz təcavüzkar siyasəti ilə regional təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Ermənistan bu iddialarını həyata keçirmək üçün terroru da bir vasitə kimi seçib. Belə ki, 1984-cü ildən bu günə qədər erməni terrorçu qrupları Azərbaycan ərazisində 388 terror aktı törədib və nəticədə 1189 nəfər ölüb, 1705 nəfər yaralanıb və əlil qalıb. Qeyd etmək istərdik ki, Azərbaycan Xəzər hövzəsini Qərb dövlətlərinin üzünə açan, bu ərazini beynəlxalq əməkdaşlıq arenasına çevirən ölkədir. Müstəqillik illərində Azərbaycanın öz tərəfdaşları ilə həyata keçirdiyi transmilli enerji layihələri regionun inkişafında, bölgənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayıb. Bu gün Azərbaycan həm də Avropanın enerjiyə olan ehtiyaclarının ödənilməsinə önəmli töhfə verir. Ermənistan isə Azərbaycanın uğurlarını qısqanclıqla qarşılayır və regionda sabitliyi təhdid etməklə həm də mühüm enerji və nəqliyyat layihələrinin reallaşmasına mane olmağa çalışır.

 

SSRİ dağıldıqdan sonra Ermənistanın həyata keçirdiyi siyasətin təhlili onu deməyə əsas verir ki, bu ölkə regionun iqtisadi və siyasi inkişafını şərtləndirən layihələrdən kənarda qalıb, özünütəcrid vəziyyətinə düşüb və ciddi sosial və iqtisadi problemlərlə üzləşib. Ermənistan Xəzər hövzəsi enerji resurslarının Avropa bazarlarına daşınmasında münasib  məkanda yerləşməsinə baxmayaraq, geosiyasi mövqeyinin ona verdiyi bu fürsətdən istifadə etməmişdir ki, bu da onun üçün ağır nəticələrə səbəb olub. 

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həm də regionda demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının təmin olunmasında ən böyük maneədir. Şübhəsiz, bu problem olmasaydı və yaxud vaxtında həllini tapsaydı, region ölkələri daha çox inkişaf edər, sülh və təhlükəsizlik daha etibarlı şəkildə təmin olunardı.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İmişlidə oğurluq edən iki qardaş tutuldu

25 İyun 2017 01:13

İranda terror aktı hazırlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

25 İyun 2017 00:32

Londonda növbəti həyəcan -

25 İyun 2017 00:24

Astroloji proqnoz - 25 iyun

25 İyun 2017 00:13

Günün qoroskopu: xaotik hərəkətlərdən çəkinin

25 İyun 2017 00:05

Dənizdə batan şəxsin axtarışı aparılır

25 İyun 2017 00:04

Jobs iPhone-nu kimin acığına yaratmışdı?

24 İyun 2017 23:57

SSRİ-nin qızları - FOTO

24 İyun 2017 23:52

Duzlaşmaya qarşı hansı qidanı istehlak edək

24 İyun 2017 23:47

Dənizdə bir nəfər batıb, axtarış aparılır

24 İyun 2017 23:47

Xanıma ərinin gözləri qarşısında təcavüz etdilər -

24 İyun 2017 23:46

Kiyevdə deputat yol qəzasında ölüb

24 İyun 2017 23:42

SSRİ casuslarının taleyi necə oldu?

24 İyun 2017 23:42

Bakıda “Formula-1”in yuxuluları - FOTO

24 İyun 2017 23:37

İkiüzlü insan olmağınıza şübhə etmirəm...

24 İyun 2017 23:37

0 avroluq əskinaslar çap edildi

24 İyun 2017 23:37

WhatsApp-dan daha bir faydalı yenilik

24 İyun 2017 23:32

Sosial media fenomenləri nə qədər qazanır?

24 İyun 2017 23:27

Rusiya - 3-cü “bədbəxt”

24 İyun 2017 23:27

Ürək və sinir sisteminin möhkəmlənməsi üçün kokteyl

24 İyun 2017 23:22

"Qəbələ"dən növbəti transfer -

24 İyun 2017 23:18

Gözün sağlamlığını qorumaq üçün 6 amil

24 İyun 2017 23:17

Dünya ulduzları Bakı Bulvarında oxudular - FOTO

24 İyun 2017 23:12

Qəlbin nurani olması üçün nə edək?

24 İyun 2017 23:12

Minskdə tank paradın məşqləri zamanı dirəyə çırpılıb

24 İyun 2017 23:12

Gəncədə yaşayış binasında yanğın - Sakinlər təxliyyə edildi

24 İyun 2017 23:08

Tennisi buraxdı, model oldu - FOTO

24 İyun 2017 23:05

Gəncədə binada yanğın olub

24 İyun 2017 23:04

Maşında ölü tapılan sevgililərlə bağlı təfərrüat - Qadın evli imiş

24 İyun 2017 22:57

Tesla musiqi servisini yaradır

24 İyun 2017 22:57

İlham Əliyevdən təbrik məktubu -

24 İyun 2017 22:56

Kamran Şahsuvarlı gümüş qazandı

24 İyun 2017 22:53

Türkiyənin ən məşhur adamının sirli qətli və oğurlanan istintaq materialı -

24 İyun 2017 22:52

İNANILMAZ: 26 yaşı var, 50 yaşında görünür - FOTOLAR

24 İyun 2017 22:49

Yumruğu 90 san ərzində sıxmanın maraqlı faydaları

24 İyun 2017 22:47

Sağlam Gələcək Mərkəzi "Müasir ailənin aktual problemləri” mövzusunda seminar keçirib

24 İyun 2017 22:47

Böyük sirləri özləri ilə o dünyaya aparan məşhurlar

24 İyun 2017 22:42

Mayeni gözlərindən ixrac edir -

24 İyun 2017 22:35

Məşhur hind aktrisa Mayamiyə yollanıb - FOTO

24 İyun 2017 22:32

Pakistandanda öldürülənlərin sayı 85-ə çatdı

24 İyun 2017 22:29

Azyaşlı, allergiyalı uşaqları necə qidalandırmaq lazımdır?

24 İyun 2017 22:22

İcra başçısının oğluna vəzifə verildi

24 İyun 2017 22:22

Bakıda yeni doğmuş anaya səhv qan köçürdülər - FOTO

24 İyun 2017 22:17

Hansı qida uşaqlarda IQ artırır?

24 İyun 2017 22:17

Qadın vəkilə qarşı əxlaqsız hərəkət

24 İyun 2017 22:12

"Həzm edə bilməyənlər, getsinlər, su içsinlər" - Hüseyn Əzizoğlu

24 İyun 2017 22:12

Qiyamət günü dənizlər atəş necə saçacaq?

24 İyun 2017 22:12

Londonda yaşayış binası yanıb

24 İyun 2017 22:12

Tarkan Bakıya təşəkkür etdi - FOTO

24 İyun 2017 22:05

Rus gözəl Neymarla tanış olmaq istəyir - FOTO

24 İyun 2017 22:05