Bu gün Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, 02:20 radələrində, Nərimanov rayonu Təbriz küçəsində Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Emil Həsənli idarə etdiyi «Lexus» markalı avtomobillə Cəlilabad rayon sakini, 1930-cu il təvəllüdlü Yaqub Qasımovu vurub. Nəticədə 85 yaşlı kişi xəsarətlə xəstəxanaya yerləşdirilib və orada ölüb.