Masallı polisi aylardır bir dələduzu tapıb tuta bilmir

Masallı polisi aylardır bir dələduzu tapıb tuta bilmir
12:22 12 Noyabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Dələduzluq faktı ilə üzləşərək 3700 dollar məbləğində ziyana düşən Masallı sakini Elnur Ağayevin işində hər hansı bir yenilik yoxdur. Milli.Az bildirir ki, bu barədə musavat.com-a zərərçəkən özü məlumat verib.

Onun sözlərinə görə, bu işlə bağlı hüquq müdafiəçisi Mobil Vəkilov da ədliyyə nazirinə müraciət edib.

E.Ağayev özü də Masallı Rayon Polis Şöbəsinin pasport və qeydiyyat bölməsinin rəisi, polis polkovnik-leytenantı Seyran Davudlu ilə görüşərək, ona qarşı dələduzluq etmiş şəxsin əlaqə nömrəsini verib, ancaq həmin şəxs hələ də yaxalanmayıb.

Qeyd edək ki, Masallı rayon sakini, 1992-ci il təvəllüdlü Ağayev Elnur Azər oğlu "Moskva" univermağında satıcı işləyərkən həmyerlisi, 1977-ci il təvəllüdlü Məmmədov Zaur Qalabəy oğlu onun etibarından sui-istifadə edərək 3700 dollar məbləğində qızıl-zinət əşyalarını götürərək geri qaytarmayıb.

O bu barədə dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsə də, hələ ki heç bir nəticəyə nail ola bilmir. Qəzet və saytlarda bu olay barədə yazıldıqdan sonra DİN-in mətbuat xidmətinin əməkdaşları da məsələyə reaksiya verərək, dələduzluqda təqsirləndirilən şəxsin yaxalanacağını vəd etsələr də, Masallı rayon polisləri hələ də vətəndaşın şikayəti əsasında heç bir tədbir görməyiblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/381866.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR