Magistr olmaq istəyənlər bu xəbəri oxusunlar

Magistr olmaq istəyənlər bu xəbəri oxusunlar
12:24 12 Noyabr 2015
28 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda uzun illər müzakirə olunan və parlamentin ötən sessiyasında ilk oxunuşda qəbul olunan “Elm haqqında” qanun layihəsi yenidən müzakirəyə çıxarılacaq.

Milli Məclisdən APA-ya verilən məlumata görə, qanun layihəsi parlamentin payız sessiyasının gündəliyinə salınıb.

 

Müzakirələr zamanı ilk oxunuşda səsləndirilən təklif və tövsiyələr, eləcə də müxtəlif qurumlar tərəfindən alınan rəylər araşdırılaraq Elm və təhsil komitəsində nəzərdən keçiriləcək, müvafiq sayılanlar növbəti müzakirə zamanı sənəddə əksini tapacaq.

 

8 fəsil və 47 maddədən ibarət yeni layihədə indiyə qədər bu sahədə boşluq olan bütün məqamlar əksini tapıb. Layihəyə əsasən, Azərbaycanın elm adamları öz elmi nəticələrini və məhsullarını xarici ölkələrdə sərbəst sata biləcəklər. Bundan başqa, layihədə Azərbaycanda gənc alimlərin və elmi işçilərin mənzillə təmin olunması üçün onlara güzəştli kreditlər və torpaq sahələrinin ayrılması təklif olunur. Qanun layihəsində doktorantura və magistraturada təhsil almaq istəyənlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi də əksini tapıb. Yeni oxunuşda bir sıra yeniliklərin əlavə olunduğu bildirilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221302

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR