AZAL-dan ŞAD XƏBƏR: tələbələrə 10 faiz endirim ediləcək

AZAL-dan ŞAD XƏBƏR: tələbələrə 10 faiz endirim ediləcək
12:24 12 Noyabr 2015
68 Sosial
Ölkə mətbuatı
A- A+

 

 

 “Azərbaycan Hava Yolları” QSC (AZAL) tələbələr üçün bütün beynəlxalq istiqamətlər üzrə biletlərə 10% endirim elan edir.

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu endirim 25 yaşa kimi olan tələbələr üçün “Azərbaycan Hava Yolları”-nın beynəlxalq reyslərində həm ekonom, həm də biznes klass üzrə aviabiletlərə tətbiq edilir. Kampaniya AZAL-ın Moskva, Antalya, İstanbul və Dubaya yerinə yetirilən aşağı büdcəli reyslərinə tətbiq edilmir.

 

Aviabiletləri əldə etmək üçün Azərbaycan və xarici universitetlərin tələbələri AZAL aviaşirkətinin satış ofislərinə yaxınlaşaraq tələbə bileti və ali təhsil müəssisəsindən arayış təqdim etməlidir.

       

Xatırladaq ki, avqustun 1-dən etibarən AZAL bütün sərnişinlər üçün beynəlxalq istiqamətlər üzrə cari ekonom-klass tariflərinə 20-30% faiz endirim tətbiq edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221301

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR