"Azərenerji"nin köhnə xidməti hələ də "e-Hökumət" portalında qalıb

"Azərenerji"nin köhnə xidməti hələ də "e-Hökumət" portalında qalıb
12:27 12 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Hazırda istehlakçıların elektrik şəbəkəsinə qoşulması xidmətini yalnız "Azərişıq" ASC həyata keçirə bilər. Bunu "Report"a açıqlamasında "Azərenerji" ASC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Ələkbər Baxşəliyev deyib.
Ə.Baxşəliyevin sözlərinə görə, "Azərenerji" yalnız bəzi abonentlərə texniki şərtin verilməsini təmin edə bilər: "Əgər abonentin istifadə edəcəyi enerji 800 kVt/saatdan artıqdırsa, bu zaman o, həm bizdən, həm də "Azərişıq"dan texniki şərt alır. "Elektron Hökumət" portalında "Azərenerji"nin xidməti kimi yerləşdirilən "istehlakçıların elektrik şəbəkəsinə qoşulması" xidməti əvvəllər bizdə olub və yəqin ki, o vaxtdan qalıb".
"e-Hökumət" portalının operatoru olan Məlumat Hesablama Mərkəzindən (MHM) isə "Report"a bildirilib ki, portala yerləşdirilən və portaldan çıxarılan xidmətlər həmin qurumların birbaşa rəsmi müraciəti əsasında olur: "e-Hökumət" portalındakı elektron xidmətlərin yerləşdirilməsi və çıxarılması prosedurası qurumun səlahiyyətindədir. "Azərenerji" xidmətin portaldan silinməsi üçün müraciət etmədiyinə görə, xidmət olduğu kimi aktiv qalıb".
Qeyd edək ki, "e-Hökumət" portalında "Azərenerji"yə məxsus bir elektron xidmət yerləşdirilib.
Xatırladaq ki, dövlət başçısının 9 fevral 2015-ci il tarixli sərəncamı ilə "Bakıelektrikşəbəkə" ASC-nin bazasında "Azərişıq" ASC yaradılıb və "Azərenerji" ASC-nin enerji satışı funksiyası yeni quruma həvalə edilib.


Xəbərin orijinal ünvanı: http://report.az/energetika/melumat-hesablama-merkezi-azerenerji-xidmetin-portaldan-silinmesi-ucun-muraciet-etmediyi-ucun-xi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR