Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda daha bir rektor deputat seçilib

Azərbaycanda daha bir rektor deputat seçilib

Date: 12 November 2015 12:27

Bakı. 12 noyabr. REPORT.AZ/ Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Saleh Məhərrəmov Ali Məclisin deputatı olub.
"Report"un xəbərinə görə, S.Məhərrəmov seçkiyə 6 saylı Çərçiboğan Seçki Dairəsindən qatılıb və deputat seçilib.
Qeyd edək ki, Saleh Məhərrəmov Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Alışar kəndində anadan olub. 1982-87-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil alıb. O, 2013-cü ildən NDU-nun rektoru təyin edilib. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının (MR) Ali Məhkəməsinin Rəyasət Heyəti noyabrın 1-də Ali Məclisə keçirilən seçkilərin nəticələrini təsdiqləyib. Deputatların sayı 45-dir.


Tags:  Azərbaycanda rektor deputat seçilib

RƏYLƏR


Top news