Yeniyetmə güləşçilər arasında "Gələcəyin Olimpiyaçıları" komanda yarışı başlayıb

Yeniyetmə güləşçilər arasında "Gələcəyin Olimpiyaçıları" komanda yarışı başlayıb
12:28 12 Noyabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında Azərbaycan Güləş Federasiyasının (AGF) 1 saylı nümayəndəliyi üzrə sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında "Gələcəyin Olimpiyaçıları" komanda yarışı başlayıb.
AZƏRTAC xəbər verir ki, yarış AGF-nin 1 saylı nümayəndəliyinin tərkibində fəaliyyət göstərən güləş klublarında sərbəst və yunan-Roma güləşi üzrə perspektivli idmançıların aşkarlanması, klub məşqçilərinin işinin qiymətləndirilməsi məqsədi daşıyır.
Komanda xarakteri daşıyan yarış Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən 10 çəki dərəcəsində keçirilir.
Yarışda 1 saylı nümayəndəlikdə fəaliyyət göstərən “Xosrov Cəfərov”, “Azəri”, “Müşviqabad”, “Nardaran”, "Həyat", "Xəzri" klubları sərbəst, “Cəngi”, “Pirallahı”, “Hövsan”, “Bakı”, “Həyat”, “Xosrov Cəfərov” və "Olimp" güləş klubları isə yunan-Roma güləşi növündə mübarizə aparacaq.
Proqrama əsasən, bu gün sərbəst güləş yarışları keçirilir.
İki gün davam edəcək yarışda ilk üç yeri tutacaq komandalar AGF tərəfindən diplom, kubok və medallarla, həmçinin pul mükafatı ilə təltif ediləcək.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeniyetme_guleschiler_arasinda__quotGeleceyin_Olimpiyachilari_quot_komanda_yarisi_baslayib-901300

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR