"İllər sonra atamla anam yenidən birləşdi" - Fədayə Laçın

"İllər sonra atamla anam yenidən birləşdi" -  Fədayə Laçın
12:31 12 Noyabr 2015
91 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Fədayə Laçın bir vaxtlar onları atıb gedən atasından danışıb.

Axşam.az-ın məlumatına görə, “Bizimləsən” verilişinə qonaq olan ifaçı atasının əməliyyatdan sonra onlarla yaşamağa başladığını bildirib:

“Şükrlər olsun bu günə ki, Allahım bizə belə sürpriz etdi. Atamla anam ayrılmışdı. 35 ildən sonra atamız bizə xəbər göndərdi ki, yanıma gəlin. Başqa xanımla evlənmişdi, iki uşağı var. Amma xəstələnəndə onu atdılar. Keçmişin üstündən xətt çəkdik. Övladlıq borcumuzu yerinə yetirməyə çalışırıq. Atamla anam yenidən bir yerdədir”.

F.Laçının atası müsahibə verərək, həyat yoldaşına olan sevgisini etiraf edib:

“İlk dəfə Fədayənin anasını sevmişəm. Bütün bağlılığım ona olub. Bu gün də onu sevirəm”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=40625

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR