AZAL-dan tələbələrə sürpriz

AZAL-dan tələbələrə sürpriz
12:36 12 Noyabr 2015
94 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Hava Yolları” (AZAL) tələbələr üçün bütün beynəlxalq istiqamətlər üzrə biletlərə 10 faiz endirim elan edir. AZAL-dan ANS PRESS-ə verilən məlumata görə, bu endirim 25 yaşa kimi olan tələbələr üçün “Azərbaycan Hava Yolları”- nın beynəlxalq reyslərində həm ekonom, həm də biznes klass üzrə aviabiletlərə tətbiq edilir. Kampaniya AZAL-ın Moskva, Antalya, İstanbul və Dubaya yerinə yetirilən aşağı büdcəli reyslərinə tətbiq edilmir.

Aviabiletləri əldə etmək üçün Azərbaycan və xarici universitetlərin tələbələri AZAL aviaşirkətinin satış ofislərinə yaxınlaşaraq tələbə bileti və ali təhsil müəssisəsindən arayış təqdim etməlidir.


AZAL təyyarəsi


Xatırladaq ki, avqustun 1-dən etibarən "Azərbaycan Hava Yolları" bütün sərnişinlər üçün beynəlxalq istiqamətlər üzrə cari ekonom-klass tariflərinə 20-30% faiz endirim tətbiq edib.

Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək olar (proqram haqqında məlumatı bu linkdə əldə etmək olar: http://www.azal.az/az/azal-miles).

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda AZAL-ı tənqid etmişdi.

"Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Yüksək xidmət göstərilir. Mən bunu alqışlayıram. Doğrudan da bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır?", - İlham Əliyev bildirmişdi.

ANS PRESS dərhal məsələyə reaksiya verərək araşdırmalara başladı. Araşdırmalar nəticəsində "Azərbaycan Hava Yolları” QSC ilə bağlı ciddi nöqsanlar aşkarlandı. ANS PRESS-in araşdırması ilə aşağıdakı linkdə tanış ola bilərsiniz.

Prezidentdən xalqa dəstək (FOTO, VİDEO)

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=364595

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR