Təhsil Nazirliyində yeni TƏYİNATLAR

Təhsil Nazirliyində yeni TƏYİNATLAR
12:39 12 Noyabr 2015
108 Sosial
Ölkə mətbuatı
A- A+

Faiz Şahbazlı və Firudun Həmzəyev, 4 rayonun təhsil şöbəsinin müdiri vəzifədən azad edilib

 

Təhsil Nazirliyinin aparatında və tabeli qurumlarda bir sıra kadr dəyişiklikləri aparılıb.

 

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Famil Mustafayev və Fərhad Əmirbəyov təhsil nazirinin müşaviri vəzifələrinə təyin ediliblər.

  

F. Mustafayev Azərbaycan Texniki Universitetində müəllim, Azərbaycan Dövlət İqtisad Universitetində baş müəllim, dosent, professor vəzifələrində işləyib, son iş yeri AMEA-nın “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini olub.  F.Əmirbəyov müxtəlif dövlət və özəl strukturlarda mühəndis, konstruktor, şöbə müdiri, icraçı direktor vəzifələrində çalışıb. Son iş yeri Bakı Banklararası Valyuta Birjası olub.

 

1975-ci ildən Təhsil Nazirliyində çalışan Elm və ali təhsil şöbəsinin müdiri Gültəkin Hüseynova həmin şöbənin Elm sektorunun müdiri vəzifəsinə keçirilib.

 

1997-ci ildən Nazirlikdə müxtəlif vəzifələrdə işləmiş Tədris resursları şöbəsinin müdiri Faiq Şahbazlı tutduğu vəzifədən azad edilərək Təhsil Problemləri İnstitutunun direktor müavini vəzifəsinə keçirilib. Onun yerinə 2002-ci ildən Təhsil Sektorunun İnkişafı üzrə Layihənin Əlaqələndirmə Qrupunun meneceri, direktor müavini və direktoru vəzifələrində çalışmış Elvin Rüstəmov təyin olunub.

 

Nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri vəzifəsi Vasif Məmmədova həvalə edilib. V. Məmmədov 2001-2010-cu illərdə özəl sektorda, 2013-cü ildə “Vətən” Respublika İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin direktoru, 2014-cü ildən isə Təhsil Nazirliyində sektor müdiri, şöbə müdirinin müavini vəzifələrində işləyib.

 

Məktəbəqədər və ümumi təhsil şöbəsinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdir müavini vəzifəsinə keçirilib.

 

Lənkəran Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə Azərbaycan Texniki Universitetinin professoru Nizami Yusubov təyin edilib.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru vəzifəsinə Gülşən Əliyeva təyin olunub. G. Əliyeva 2001-ci ildən həmin universitetdə müəllim, baş müəllim, kafedra mudiri, professor vəzifələrində işləyib.  

 

Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru həmin universitetdə 1976-cı ildən müxtəlif vəzifələrdə çalışmış Rafiq Novruzov təyin edilib.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris işləri üzrə prorektoru Vaqif Qurbanov öz ərizəsinə əsasən işdən azad olunub. Həmin vəzifəyə isə Qasım Məmmədov təyin edilib.

 

Öz ərizələrinə əsasən Elşad İsmibəyli Azərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektoru, Çingiz Bağırov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Nuhbaba Şıxıyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnzibati təsərrüfat işləri üzrə prorektoru vəzifələrindən azad ediliblər.

 

 

Zərdab Rayon Təhsil Şöbəsinin müdiri Baba Babayev və Saatlı Rayon Təhsil Şöbəsinin müdiri Şamil Nurəliyev vəzifə funksiyalarının icrasında ciddi nöqsanlara yol verdiklərinə görə, Xocavənd Rayon Təhsil Şöbəsinin müdiri Şəfahət Yusifov dövlət qulluğunda olmanın yaş həddinə çatdığına görə, Yevlax Rayon Təhsil Şöbəsinin müdiri Raqub Mirzəyev öz ərizəsinə əsasən tutduqları vəzifədən azad ediliblər.  

 

Bakı şəhəri 55 nömrəli tam orta məktəbin direktoru Vahid Dəmirov vəzifə funksiyalarının icrasında, məktəbə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə görə tutduğu vəzifədən azad olunub.


 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Şirkət rəhbərinin qanunsuz əməlləri ifşa olundu - 10 milyonluq yeyinti

21 İyul 2017 12:52

Xətainin heykəlinin yeri dəyişdiriləcək

21 İyul 2017 12:52

İradə İbrahimova Bodrumdakı zəlzələdən yazdı

21 İyul 2017 12:51

Masazırda silahlı insident: otelə gəlib atəş açdı

21 İyul 2017 12:49

Məşhur müğənninin ailəsi dəhşət içində - Zəlzələ kadrları ANBABAN - VİDEO

21 İyul 2017 12:48

Bu universitetlərdə təhsil haqları artırıldı

21 İyul 2017 12:48

Sinəsini kiçildən aktrisa açıq-saçıq libasda diqqət çəkdi - FOTO

21 İyul 2017 12:47

Afrika Millətlər Kubokunun keçirilmə vaxtı və iştirakçıların sayı dəyişdirilib

21 İyul 2017 12:47

Bakı Fond Birjasında yeni təyinat olub

21 İyul 2017 12:47

Direktor 10 milyon manatı şəxsi ehtiyaclarına xərcləyib - CİNAYƏT İŞİ

21 İyul 2017 12:44

Təhlükəli virusla bağlı xəbərdarlıq - Azərbaycanda vəziyyət necədir?

21 İyul 2017 12:43

Bakının mərkəzi ilə birləşən yollarda dəyişiklik ediləcək

21 İyul 2017 12:42

241 nəfər dərmandan, 133 nəfər dəm qazından zəhərləndi

21 İyul 2017 12:42

“Pirallahı” günəş elektrik stansiyasının açılışı

21 İyul 2017 12:42

Prezident görüləcək tədbirlərin layihələri ilə tanış oldu

21 İyul 2017 12:40

Birlik sədrinin 81 yaşlı atasını diri-diri yandıran qardaşı MƏHKƏMƏ QARŞISINDA

21 İyul 2017 12:39

Bədəninə cin girən şəxs ətrafdakılara hücum etdi - Hindistanda - VİDEO

21 İyul 2017 12:37

“Kredobank”dan milyonlarla manat kredit götürərək mənimsəyən şəxs həbs olunub

21 İyul 2017 12:37

Dinamikli beysbol papağı nümayiş olunub

21 İyul 2017 12:35

Dərman və qazdan zəhərlənənlərin sayı

21 İyul 2017 12:35

“Bu, yeni İŞİD-in yaranmasına səbəb olacaq” – ŞOK PROQNOZ

21 İyul 2017 12:33

Hacıbala Abutalıbovun müavininin ölümü barədə YENİ XƏBƏR

21 İyul 2017 12:32

Anar üçün özəl gün - FOTO

21 İyul 2017 12:32

“Şalke” klubunun nizam-intizamı pozan futbolçuları mağazalarda satıcı işləyəcəklər

21 İyul 2017 12:32

Mosulun terrorçulardan azad edilməsi zamanı ölən və yaralanan hərbçilərin sayını açıqlanıb

21 İyul 2017 12:32

Bakıda 17 və 15 yaşlı iki bacı yoxa çıxıb

21 İyul 2017 12:29

İçindən cin çıxarılan adamın ŞOK VİDEOSU

21 İyul 2017 12:28

İNTİHAR: Aysel Əlizadə özünü və qızını öldürmək istəyir

21 İyul 2017 12:28

Rəqib komandanın qaldığı otelə gecə hücum etdilər - VİDEO

21 İyul 2017 12:27

DİN ana və 4 aylıq körpəsinin ölümü barədə məlumat yaydı

21 İyul 2017 12:24

Bu televiziya işçilərinə ev verildi

21 İyul 2017 12:23

Türkiyədə bir həftədə 54 terrorçu zərərsizləşdirilib

21 İyul 2017 12:22

Bakının mərkəzində sıxlığın aradan qaldırılması üçün YENİ TƏKLİFLƏR

21 İyul 2017 12:18

Atadan İYRƏNC HƏRƏKƏT: illərlə doğma qızı olan məşhur aktrisa ilə zorla cinsi ƏLAQƏDƏ OLDU və...

21 İyul 2017 12:18

"Jurnalistika" ixtisasına qəbul olmaq istəyənlər

21 İyul 2017 12:18

Vəfat etmiş 4 jurnalistin ailəsinə mənzil verildi

21 İyul 2017 12:17

Samiraldoya görə izdiham yaşandı - VİDEO

21 İyul 2017 12:17

“Pirallahı” günəş elektrik stansiyasının açılışı olub

21 İyul 2017 12:17

"Qarpız soyuducuda saxlanılmamalıdır" - Bakının baş infeksionisti

21 İyul 2017 12:17

Pirallahıda içməli su təchizatı layihəsinin açılışı

21 İyul 2017 12:15

Bakıda tikinti şirkəti qanunsuz ağac kəsib

21 İyul 2017 12:14

Tramp Türkiyədəki səfiri geri çağırdı

21 İyul 2017 12:13

"Azərbaycanda sistemli olaraq hər il jurnalistlərə qayğı artırılır"

21 İyul 2017 12:12

“Səbail” komandası Türkiyədə ikinci yoxlama oyununu keçirib

21 İyul 2017 12:12

Harın, qəddar, tərbiyəsiz ərəb şahzadəsi həbs olundu - VİDEO - FOTO

21 İyul 2017 12:12

İlham Əliyev Pirallahı rayonunda

21 İyul 2017 12:12

Pirallahıda balıqyetişdirmə fermalarının təməli qoyuldu

21 İyul 2017 12:10

OPEC+ anlaşması ləğv oluna bilər

21 İyul 2017 12:07

"Qalatasaray"da baş məşqçi dəyişikliyi: kim gəlir?

21 İyul 2017 12:07

Azərbaycanda 71 nəfər qidadan zəhərlənib

21 İyul 2017 12:07