Yeni ili xaricdə keçirmək neçəyə başa gələcək?

Yeni ili xaricdə keçirmək neçəyə başa gələcək?
12:42 12 Noyabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Yeni ilin gəlişinə bir aydan artıq vaxt qalsa, da o, Azərbaycanda böyük həvəslə hazırlaşılan bayramlardandır desək, yanılmarıq. Artıq hər kəs Yeni illə bağlı planlar qurur və harada keçirəcəyini düşünür. Turizm şirkətlərindən aldığımız məlumatlara görə, bu il insanlar təzə ili daha çox Avropa ölkələrində və Moskvada qarşılamaq istəyir və bu istiqamətə turlarla maraqlanırlar.

Yeni ili Misirin Şarm əl-Şeyx kurortunda keçirmək istəyənlər isə demək olar, yox səviyyəsindədir. Ölkədaxili turlardan isə alıcıların daha çox Şahdağla maraqlandıqları deyilir. Qiymətlərə gəlincə, onlar turizm şirkətinə və seçilən məkana görə dəyişir.

Məsələn, 2016-cı ili Bakıdan 200 kilometr şimalda, "Şahdağ"da qarşılamaq istəyənlər bu məlumatı diqqətlə oxusunlar. Şahdağ  Dağlıq Kurortunda yerləşən, dəbdəbəli  "Pik Palace" Şahdağ oteli təntənəli Yeni il bayramı təşkil edəcək. Otelin yaydığı məlumata görə, dekabrın 31-dən yanvarın 4-dək Yeni ili əzəmətli dağlarla əhatəli sarayda qeyd edərək bu bayramı unudulmaz edə bilərsiniz. Otelin "Acacia" ziyafət zalında şou proqram keçiriləcək və qala-şam yeməyi veriləcək. Qala-gecənin qiyməti 1 nəfər üçün 370 AZN-dir. 12 yaşa qədər uşaqlar üçün 50 faiz endirim təklif olunur.

Otaq qiymətləri isə səhər yeməyi və ƏDV daxil olmaqla, 282 AZN-dən başlayır və 4 gecəlik gecələmə şərtdir. Qala-şənliyinin menyusuna zəngin isti və soyuq qəlyanaltılar, salatlar, əsas yeməklər, desertlər  daxildir. 1-4 yanvar tarixində isə müxtəlif yaş qrupları üçün əyləncə proqramları, tarixi abidələrə, etnik görməli ərazilərə (Ləzə kəndi) turistik səyahətlər, ekoturlar və nadir donmuş şəlalələrə səyahət, xizək, snoubord, dağ velosipedləri ilə gəzinti, dağa dırmaşma və s. nəzərdə tutulur.

2016-cı ili Avropanın ən romantik şəhərlərindən biri olan Praqada qarşılamaq isə 863 manata başa gələcək. "Meridian Travel" şirkətindən fins.az-a verilən məlumata görə, 4 gecə/5 günlük səyahətə aviabilet, 4 ulduzlu oteldə yaşamaq, sığorta-transfer və viza dəstəyi daxildir. Viza üçün əlavə 35 dollar ödənilməlidir. Bu qiymətə Yeni il süfrəsi daxil deyil, amma turistlər Praqanın saysız-hesabsız restoranlarında romantik şam yeməyi tapmaqda çətinlik çəkməyəcəklər.

Yeni ili Türkiyədə, amma İstanbulda yox, məşhur Uludağ kurortunda keçirmək  üçün isə 885 manat ödəmək lazım gələcək. Turizm şirkətindən verilən məlumata görə, səyyahları Türkiyənin ən böyük qış-idman komplekslərindən olan Uludağda Yeni il şənliyi ilə yanaşı, əsl qış istirahəti gözləyir. Səyahətə aviabilet, sığorta-transfer, 4 ulduzlu oteldə 7 gecə/8 gün yaşamaq və qidalanma (hər şey daxil) aiddir.

Eyfel qülləsində Yeni il selfisi çəkmək istəyənlər daha çox pul xərcləməli olacaqlar. 2016-cı ili Avropanın turizm mərkəzi olan Parisdə qarşılamaq Azərbaycan vətəndaşlarına 1457 manata başa gələcək. "7 Days Travel"dən verilən məlumata görə, bu qiymətə  aviabilet, 3 ulduz oteldə 7 gecə/8 gün yaşamaq, transfer-sığorta, səhər yeməyi aiddir.

Yeni il gecəsi Tokioda olanlar 2016-cı ili dünyada hamıdan əvvəl qarşılayacaqlar. Uzaq Yaponiya dünyanın şərq qurtaracağı olduğundan, Yeni ilin ilk saniyələri məhz burada sayılır. Bakıda Yeni il Tokioya nisbətən 8 saat gec başlayır. Tokioya Yeni il turu  2499 dollara başa gələcək. "7 Days travel"in məlumatına görə, bu qiymətə dünyanın ən komfortlu aviaşirkətlərindən biri olan "Qatar Airways"la uçuş,  Tokioda  5 ulduzlu oteldə 6 gecə 7 gün yaşamaq, transfer, şəhər turu, sığorta, viza və səhər yeməyi daxildir.

Təzə ili Moskvada keçirmək istəyənlərə isə bu, qatarla getməklə 206 manata başa gələcək. AZAL-ın 29 dekabr - 3 yanvar reysinin qiyməti bir tərəfə 227 manatdır. "Georgian Airways"in həmin tarixlərə olan Tiflis-Moskva-Tiflis reysinin qiyməti 251 avrodur.

Yeni il ərəfəsində Moskvanın şəhər mərkəzinə yaxın ən ucuz 3-ulduzlu mehmanxananın 5 gecəlik qiyməti 168 manatdır. Qiymətə səhər yeməyi də daxildir. Gündəlik günorta-axşam yeməklərini də 30 manatdan hesablasaq, bu səyahət təxminən 500 manata başa gələcək.

AZAL Bakıdan Romaya uçuş təşkil etmir. Ancaq "Türk Hava Yolları"nın 29 dekabr- 4 yanvar Bakı-Roma-Bakı reysi var. Qiymət 399 manatdır. "Ukrayna Hava Yolları" həmin uçuşu 455, "British Airways" isə 522 manata təklif edir.

Eyni uçuş Tiflis Hava Limanından "Ukrayna Hava Yolları" ilə 272, "Türk Hava Yolları" ilə 275 manatdır. Romada ən uyğun 2-ulduzlu mehmanxananın 5 gecəlik qiyməti 237 manatdır. Gündəlik 50 avroluq yemək xərci də daxil edilməklə, yeni ili Romada qarşılamaq Bakıdan uçuşla 886, Tiflisdən uçuşla 759 manata başa gələcək. AZAL 29 dekabr- 3 yanvar Bakı-London-Bakı reysini 638 manata təklif edir. "Türk Hava Yolları"nın eyni tarixlərə olan uçuşlarının qiyməti isə 395 avrodur. Tiflis hava limanından uçmaqla həmin reysə 326 manat ödəyə bilərsiniz. Londonda ən ucuz 3-ulduzlu mehmanxananın 5 gecəsinin qiyməti 253 manatdır. Gündəlik 60 manat yeməyə hesablasaq, yeni ili Londonda qarşılamaq Bakıdan uçuşla 948, Tiflisdən getməklə 879 manata başa gələcək.

Qeyd edək ki, Bakıdan Tiflisə Yeni il qatarı da açıla bilər. Belə ki, Azərbaycan Dəmir Yolları" QSC Yeni ili Gürcüstanda qeyd etmək istəyən turistlər üçün Bakıdan Tiflisə xüsusi qatarın xəttə buraxılması barədə turizm şirkətlərindən müraciət gözləyir. Bu barədə "Azərbaycan Dəmir Yolları"nın mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov mətbuata açıqlamasında bildirib.

"Yeni Müsavat"

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Proqnoz: "Brent" markalı neftin qiyməti 50 dollar/bareldən aşağı düşə bilər

27 Aprel 2017 15:17

Azərbaycana humanitar yük idxalı 2 dəfə azalıb

27 Aprel 2017 15:17

Baş məşqçi: "İspaniyalı gimnastlar Dünya Kubokunda özləri haqqında söz etdirəcək" - FOTO

27 Aprel 2017 15:17

Millimiz uduza-uduza gedir

27 Aprel 2017 15:14

Alişanın yeni sevgilisini özündən çıxardılar - FOTO

27 Aprel 2017 15:12

Bakı "İnter"inin Müşahidə Şurasına yeni sədr təyin olunub

27 Aprel 2017 15:12

Tbilisi prospektində tıxac bu cür aradan qalxacaq - RƏSMİ

27 Aprel 2017 15:09

325 dollarlıq idman ayaqqabıları

27 Aprel 2017 15:08

Türkiyədə terrorçu PKK qruplaşması ilə atışmada iki hərbçi yaralanıb

27 Aprel 2017 15:07

KONMEBOL-la bağlı hesabat: 128,6 milyon dollar “yeyilib”

27 Aprel 2017 15:05

Fransada polislər güllələndi - NÖVBƏTİ TERROR AKTI

27 Aprel 2017 15:04

Yüzlərlə tank və top SƏRHƏDƏ YERİDİLDİ: hər an müharibə başlaya bilər - VİDEO

27 Aprel 2017 15:03

İş axtaranların NƏZƏRİNƏ!

27 Aprel 2017 14:59

Həyatından bezənlər üçün YENİ İMKAN

27 Aprel 2017 14:53

Türkiyəli deputat: "Beynəlxalq birlik Qarabağ məsələsində ikiüzlülük göstərir" - FOTO

27 Aprel 2017 14:52

Bakı Nəqliyyat Agentliyi beynəlxalq məsləhətçi qismində "GEMMS Group"u cəlb edib

27 Aprel 2017 14:52

Fərid: "Şəhriyar artıq şəmkirli hesab olunur"

27 Aprel 2017 14:52

RİİB-in təşkilatçılığı ilə Şəki-Zaqatala regionunda turizm bələdçiləri üçün təlim keçirilib

27 Aprel 2017 14:52

Türkiyənin gənclər və idman naziri İslamiadanın açılışına gələcək

27 Aprel 2017 14:52

18 kv metrlik qarajı lüks bağ evinə çevirdilər - FOTOLAR

27 Aprel 2017 14:48

Rasim Balayev: "Hazırda səhhətim qaydasındadır"

27 Aprel 2017 14:47

Məşhur komediya aktyorundan pis xəbər - FOTO

27 Aprel 2017 14:47

"Nazlı" romantik komediya filminin təqdimatı - FOTO

27 Aprel 2017 14:42

"Karyerasını Azərbaycanda davam etdirəcək"

27 Aprel 2017 14:42

Qızına 400 minlik toy edən məmurdan YENİ XƏBƏR - Araşdırma başladı

27 Aprel 2017 14:38

Sənət dünyasına çox ağır itki, tanınmış aktyor vəfat etdi

27 Aprel 2017 14:38

"Avropa Parlamentində Azərbaycanın nailiyyətlərinə göz yumurlar"

27 Aprel 2017 14:37

Avtobusda təcavüzə uğrayan qadından qeyri-adi İNTİQAM - FOTO

27 Aprel 2017 14:37

YUĞ Teatrında 2 yeni tamaşanın premyerası olacaq

27 Aprel 2017 14:37

“Instagram” istifadəçilərinin sayı 700 milyon təşkil edir

27 Aprel 2017 14:35

Ərdoğanı və ailəsini qoruyan polislər FETÖ-çü çıxdı - ŞOK ƏMƏLİYYAT

27 Aprel 2017 14:34

Ölümün qalib gələ bilmədiyi sevgi - FOTO

27 Aprel 2017 14:33

Bu ölkədə kişilər qadınlardan daha çox təcavüzə uğrayır - FOTO

27 Aprel 2017 14:32

"TAP lahiyəsi ilə bağlı problemlər həll edilib"

27 Aprel 2017 14:32

AFFA Lisenziyalaşdırma Qrupunun rəhbəri: “Növbəti mövsüm Premyer Liqada maksimum 10 komanda olacaq”

27 Aprel 2017 14:32

DSK: Keçən il Azərbaycanda 24 649 nəfər inzibati məsuliyyətə cəlb edilib

27 Aprel 2017 14:32

Deputat: "İstərdik ki, İtaliya Xocalı soyqırımı məsələsində mövqeyini bildirsin"

27 Aprel 2017 14:32

Nidaçı gəncin vəsatətləri təmin edilmədi

27 Aprel 2017 14:29

Gəncədə sevgili olan qızlar qoşulub qaçdı - ŞOK

27 Aprel 2017 14:28

Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin koordinatoru həbs edilib

27 Aprel 2017 14:27

Polşa şirkəti "Qazprom"dan şikayət edib

27 Aprel 2017 14:27

Qoşunların qarşıdurma xəttində monitorinq keçirildi

27 Aprel 2017 14:23

Erməni Kardaşyanın makiyajsız FOTOları

27 Aprel 2017 14:22

İTV Yayım Şurasının yeni sədri: "Qeyri-adi yeniliyə, dönüşə ehtiyac görmürəm"

27 Aprel 2017 14:22

Azərbaycanlı iş adamı Qazaxıstanda yüksək vəzifəyə təyin edildi - FOTO

27 Aprel 2017 14:22

Ərşad Hüseynov: "Bakıda avtomobilləşmə səviyyəsi 25%-dir"

27 Aprel 2017 14:22

Məşhur hind aktyoru vəfat etdi - FOTO

27 Aprel 2017 14:18

"Bəyaz şou"da qalmaqal yaradan qadının məhkəməsi oldu - 1 il 3 ay həbs

27 Aprel 2017 14:17

"Nalbəndyanın evində olmuşam, nahar etmişəm, indi mənə salam vermir..." - FOTO

27 Aprel 2017 14:17

Almaniyalı hərbçi terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb

27 Aprel 2017 14:17