"Real" Ronaldo və Benzemanı satacaq

"Real"ın prezidenti Florentino Peres mövsümün sonunda komandanın heyətində dəyişikliklər etməyi planlaşdırır.

Metbuat.az Sport.es-ə istinadən xəbər verir ki, klub rəhbəri Kərim BenzemaKriştiano Ronaldonu satmaq niyyətindədir. Onların transferindən əldə olunan gəlirin isə Eden AzarRobert Levandovskinin keçidlərinə yönəldiləcəyi bildirilir.

Bununla yanaşı, Florentino Peres yayda növbəti dəfə David De Xeanı transfer etməyə cəhd göstərəcək.

Məlumata görə, cari mövsümün gedişatı Peresin planlarına heç bir təsir göstərməyəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR