Avtomobili ağaca çırpılan polis əməkdaşı öldü

Avtomobili ağaca çırpılan polis əməkdaşı öldü
12:47 12 Noyabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Mingəçevir şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, şəhərin Heydər Əliyev prospektində Oğuz rayonu Padar kənd sakini, 1969-cu il təvəllüdlü Əliyev Füzuli Yaqub oğlu özünə məxsus 90-KG-046 dövlət nömrə nişanlı, "VAZ 21015" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə F. Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Məlumata görə, polis serjantı F. Əliyev Oğuz Rayon Polis Şöbəsinin əməkdaşı olub.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.    

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/381872.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR