Azərbaycan - Moldova matçını yayımlayacaq telekanal müəyyənləşib

Azərbaycan - Moldova matçını yayımlayacaq telekanal müəyyənləşib
12:47 12 Noyabr 2015
89 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Noyabrın 17-də Azərbaycan və Moldovanın futbol üzrə milli komandaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununun televiziya vasitəsilə yayım siqnalının əldə olunması üçün AFFA-nın elan etdiyi tenderin nəticəsi müəyyənləşib. "Report"un məlumatına görə, tenderin qalibi 10 min manat təklifi ilə çıxış edən CBC Sport kanalı olub. 
Kanalın müvafiq müraciəti əsasında AFFA ilə aparılmış danışıqlara uyğun olaraq Azərbaycan – Moldova oyunu CBC Sport kanalında yayımlanacaq.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 21:00-da başlanacaq. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/azerbaycan-moldova-matcini-yayimlayacaq-telekanal-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR