Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mülki aviareyslərin peyklərlə izlənməsinə dair saziş qəbul edilib

Mülki aviareyslərin peyklərlə izlənməsinə dair saziş qəbul edilib

Date: 12 November 2015 12:48


Bakı, 12 noyabr, AZƏRTAC
Hazırda Cenevrədə işini davam etdirən Ümumdünya Radiorabitə Konfransında mülki aviasiya reyslərinin izlənməsi üçün radiotezlik spektrinin paylanmasına dair saziş qəbul edilib. AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, bundan sonra hava gəmilərindən göndərilən səs siqnalları həm yaxınlıqdakı yerüstü stansiyalara, həm də peyklərə daxil olacaq.
Sazişə əsasən 1087.7–1092.3 meqahers tezliklər zolağının “hava gəmilərinin məlumat ötürmə qurğularından daxil olan siqnalların kosmik stansiyalara tərəfindən avtomatik müşahidə rejimində qəbul edilmək üçün mütəhərrik hava peyk xidmətinə (Yer–Kosmos) ayrılması nəzərdə tutulur. Hazırda 1087.7–1092.3 meqahers tezlik zolağı hava gəmilərindən alınan siqnalların birbaşa görünüş hüdudunda yerüstü stansiyalara ötürülməsi üçün istifadə edilir.
Sazişdə qeyd edilir ki, Ümumdünya Konfransının iştirakçıları bu tezliklər zolağını siqnalların hava gəmilərindən Yer–Kosmos istiqamətində peyklərə ötürülməsi imkanını təmin etmək üçün bölüşdürüblər. Bu, Yer kürəsinin istənilən nöqtəsində, o cümlədən okeanlarda, qütblərdə və digər ucqar rayonlarda hava gəmilərinin siqnallarını qəbul etməyə imkan verəcək.
Keçən il mart ayında Kuala-Lumpurdan Pekinə uçan, Malayziya hava xətləri şirkətinə məxsus təyyarə itib. Bu hadisədən sonra ekspertlər mülki aviasiya daşımalarının təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş səylər çərçivəsində yeni saziş üzərində işə başlayıblar. İçərisində 239 nəfər olan həmin təyyarənin yerini hələ də müəyyən etmək mümkün olmayıb.
Bu hava gəmisinin axtarışı ilə bağlı çətinliklər kommersiya aviasiya gəmilərinin uçuş müddətində eyniləşdirilməsi və izlənməsi imkanlarını yaxşılaşdırmağın zəruri olmasına dəlalət edir. Yeni saziş yalnız “qara qutu”dan asılılığa son qoymağa və hava gəmisinin uçuşuna dair məlumatları real vaxt rejimində yerdə əldə etməyə imkan verəcək.
.

Tags:  Mülki aviareyslərin peyklərlə izlənməsinə saziş qəbul edilib


RƏYLƏR


Top news