Azərbaycan - Moldova oyunu bu kanalda...

Azərbaycan - Moldova oyununu canlı yayımlayacaq kanalın adı müəyyənləşib.

Noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Moldova beynəlxalq yoldaşlıq oyununun televiziya vasitəsilə yayım siqnalının əldə olunması üçün AFFA tərəfindən elan edilmiş tenderin nəticəsi açıqlanıb. Tenderin qalibi 10 min AZN təklifi ilə çıxış edən "CBC Sport" kanalı olub. Kanalın müvafiq müraciəti əsasında AFFA ilə aparılmış danışıqlara uyğun olaraq Azərbaycan – Moldova oyunu "CBC Sport" kanalında yayımlanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR