Yeni Azərbaycan Partiyası Gənclər Birliyi növbəti layihəsini təqdim edib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi növbəti layihəsini təqdim edib
12:53 12 Noyabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkilatçılığı ilə həyata keçirilən “FOREX” layihəsinin təqdimatı keçirilib.
Birlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə YAP GB-nin sədri Seymur Orucov, iqtisadçı ekspert, “FOREX” beynəlxalq banklararası valyuta bazarı haqqında kitabların müəllifi Qafar İmamverdiyev və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbiri açan S.Orucov layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, layihədə iştirak üçün ümumilikdə 210 nəfər müraciət edib. Onlayn mərhələdə 80 iştirakçı, müsahibədə isə 40 gənc fərqlənib. Gənclər layihəyə uyğun meyarlar əsasında seçiliblər. Biz həmin gənclərin uğur qazanacaqlarına şübhə etmirik.
Sonra Q.İmamverdiyev gənclərə dünya birjası, valyuta bazarı, uğurlu biznesin qurulması və s. haqqında ətraflı məlumat verib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeni_Azerbaycan_Partiyasi_Gencler_Birliyi_novbeti_layihesini_teqdim_edib-901313

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR