BMT-nin baş katibinin müavini Babatunde Osotimehi ilə görüş olub

BMT-nin baş katibinin müavini Babatunde Osotimehi ilə görüş olub
12:53 12 Noyabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 13-də Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması” üzrə beynəlxalq konfrans keçiriləcək. Bununla əlaqədar BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT-nin baş katibinin müavini Babatunde Osotimehinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdədir.
AZƏRTAC xəbər verir ki, BMT-nin baş katibinin müavini Babatunde Osotimehi səfər çərçivəsində noyabrın 12-də Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə görüşüb.
Görüş zamanı H.Hüseynova bildirib ki, ölkəmizdə erkən nikahların qarşısının alınması məişət zorakılığı halların sayının azalmasına şərait yaradıb. Artıq dövlət tərəfindən erkən nikahların qarşısı alınır və ailələrə dəstək verilir ki, onlar öz talelərini istədikləri kimi qura bilsinlər. H.Hüseynova bildirib ki, komitənin hazırda regionlarda ailə dəstək mərkəzləri var. Onların fəaliyyətinin əsas istiqamətlərindən biri ailələrlə işləmək və risk qruplarla profilaktik işlər görüb zorakılıq hallarının qarşısını almaqdır. Artıq bu istiqamətdə komitədə çox böyük təcrübə var. Azərbaycanın qadın hüquqlarına dair BMT-nin Qlobal gündəliyinə sadiq olduğunu vurğulayan H.Hüseynova gender bərabərliyi sahəsində yeni təşəbbüslərdən, əməkdaşlıq perspektivlərindən söz açıb.
B.Osotimehin Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafında ölkə rəhbərliyinin rolunu yüksək qiymətləndirib. O, qadınların hüquqlarının önə çəkilməsi, onların tibbi və sosial xidmətlərdən istifadə imkanlarının yaxşılaşdırılması, gender zorakılığının aradan qaldırılması məsələlərinin qlobal səviyyədə və beynəlxalq forumlarda Azərbaycan rəhbərliyi tərəfindən dəstəklənməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə məişət zorakılığının qarşısının alınması istiqamətləri, eyni zamanda, ailə, qadın və uşaq məsələləri üzrə BMT təcrübəsinin öyrənilməsi, ikitərəfli əlaqələrin qurulması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BMT_nin_bas_katibinin_muavini_Babatunde_Osotimehi_ile_gorus_olub-901312

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR