“Uşaq hüquqları aylığı” çərçivəsində  tərbiyə müəssisəsində yarış keçirilib

“Uşaq hüquqları aylığı” çərçivəsində  tərbiyə müəssisəsində yarış keçirilib
13:03 12 Noyabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 26-cı ildönümü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tərbiyə müəssisəsində də silsilə tədbirlər təşkil olunur.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 20-də start verilən və noyabrın 20-dək davam edəcək aylıq çərçivəsində növbəti tədbir - “Neftçi” idman klubunun gənc futbolçulardan ibarət komandası ilə yeniyetmə məhkumlar arasında futbol yarışı keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə keçirilən yarış tərbiyə müəssisəsində saxlanılan yeniyetmələrdən ibarət komandanın qələbəsi ilə başa çatıb.
Yarışın sonunda qaliblərə diplom və hədiyyələr təqdim edilib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Usaq_huquqlari_ayligi_cherchivesinde_terbiye_muessisesinde_yaris_kechirilib-901317

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR