Rusiyada böyük fəlakətə səbəb ola biləcək azərbaycanlı tutuldu (VİDEO)

Rusiyada böyük fəlakətə səbəb ola biləcək azərbaycanlı tutuldu (VİDEO)
13:11 12 Noyabr 2015
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyada alkoqollu işçkidən kütləvi zəhərlərnmə baş verib. Zəhərlənməyə səbəb isə içkinin saxta olması olub.

ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Moskva ətrafındakı Rastunobo kəndindəki hadisələr zamanı 4 nəfər ölüb, daha 4 nəfər isə xəstəxanadadır. Onların vəziyyəti ağırdır.

Məlumata görə, bu faktlar iki müxtəlif şəraitdə qeydə alınıb. Lakin hər iki kampaniyada olanların içkilərinin içində eyni maddə olub.

Hüquq mühafizə orqanlarından verilən məlumata görə, beş dost adıçəkilən kənddəki ərzaq bazasından beş butılka rom alıblar. Onların bayramı fəlakətlə bitib. Gecənin sonunda beş dostdan ikisi ölüb. Qalanlar isə xəstəxanalıq olublar.

Ekspertiza nəticəsində bəlli olub ki, butulkada içki əvəzinə texniki spirt - zəhər hesab edilən metanol olub.

Birinci hadisədən dərhal sonra polisə ikinci fakt haqqında məlumat daxil olub. Hər şey eynidir - dostlar eyni mağazadan içki alıb, sonrada zəhərləniblər.

Artıq mağazada araşdırma aparılıb və içkilərin sahibi olan şəxsi saxlayıblar. ANS PRESS saxlanılan şəxsin polis bölməsindəki ifadəsində Azərbaycanda olduğunu deyib. Adı açıqlanmayan şəxs rus dilini də az-maz bildiyini qeyd edib.

Şübhəli şəxs qismində saxlanılanların yaşadığı yerdən polis yüzlərlə spirtli içki götürüb. İçkilər ekspertizaya göndərilib.

Rusiya İstintaq Komitəsinin rəsmisi Vladimir Markinin sözlərinə görə, əgər bu içkilər mağaza piştaxtalarına çıxsaydı onlar faciənin miqyası daha böyük ola bilərdi.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=364597

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR