Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mişel Platini və Musa Biliti FİFA prezidenti seçkisinə buraxılmayıb

Mişel Platini və Musa Biliti FİFA prezidenti seçkisinə buraxılmayıb

Date: 12 November 2015 13:12

Bakı. 12 noyabr. REPORT.AZ/ Liberiya Futbol Assosiasiyasının başçısı Musa Biliti FİFA prezidenti seçkisinə buraxılmayıb. "Report"un ali futbol qurumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA prezidenti vəzifəsindən 90 gün müddətinə uzaqlaşdırılmış Mişel Platini də cəza götürülməyənədək seçkidən kənarda qalacaq. 
Beləliklə, seçkiyə buraxılan namizədlər UEFA-nın baş katibi Canni İnfantino, cənubi afrikalı Tokio Seksvale, İordaniya şahzadəsi Əli ibn Əl-Hüseyn, FİFA baş katibinin sabiq müavini Jerom Şampan və Asiya Futbol Konfederasiyasının rəhbəri şeyx Salman ibn İbrahim əl-Xəlifə olub. 
Qeyd edək ki, FİFA-ya 1998-ci ildə prezident seçilmiş Yozef Blatter mayın 29-da 5-ci müddətə bu vəzifəyə seçilsə də, iyunun 2-də korrupsiya qalmaqalı dalğasında postundan getdiyini elan edib. Yeni seçki 2016-cı il fevralın 26-na təyin olunub. 

Tags:  Mişel Platini Musa Biliti FİFA prezidenti seçkisinə buraxılmayıb

RƏYLƏR


Top news