Əcaib adət: ölüləri çıxarıb geyindirir, yuyurlar - FOTO

Əcaib adət: ölüləri çıxarıb geyindirir, yuyurlar - FOTO
13:17 12 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

İndoneziyanın Sulavesi adasında dünyanın ən qəribə, əcaib, eyni zamanda maraqlı adətlərindən biri mövcuddur.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bu adada yaşayan yerli sakinlərin "Manene" adlandırdıqları ayin cəsədlərin "Toharans" bayramında məzarlardan çıxarılması, sümüklərin təmizlənib yuyulması, onlara paltar geyindirilməsi, dua və rəqslərdən sonra yenidən basdırılmasıdır.
"Toharans" bayramında ölülərin qalıqlarını məzardan çıxardan yerlilər bu minvalla mərhumların ruhlarını sevindirdiklərini, özlərinə isə uğur arzuladıqlarını deyirlər.

Adət Sulavesi adasındakı Toraya dağının ətəklərində yaşayan "torayan" tayfasının ənənəsidir.
 

Milli.Az
















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/381798.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR