Əli Həsənov: “Dağlıq Qarabağ münaqişəsi regionda demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının təmin olunmasında ən böyük maneədir”

13:17 12 Noyabr 2015
17 Ölkə
Ölkə mətbuatı
A- A+

“Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Ombudsmanların XIII Bakı Beynəlxalq Konfransındakı çıxışında bildirib. Ə.Həsənov xatırladıb ki, 1990-ci illərin əvvəllərində müstəqillik əldə etdikdən sonra Azərbaycanda hüquqi dövlət quruculuğu, demokratik, plüralist cəmiyyətin formalaşdırlması qarşıda duran başlıca vəzifə kimi müəyyən edilib: “Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və bu gün 20 yaşı tamam olan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında hakimiyyət bölgüsünün, liberal iqtisadiyyatın, vətəndaş cəmiyyəti quruculuğunun, insan hüquq və azadlıqlarının təməl prinsipləri təsbit olunub və sonrakı mərhələdə uğurla həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qəti mövqeyi ondan ibarətdir ki, müasir dövrdə müstəqil siyasi kurs, liberal iqtisadi sistem və güclü vətəndaş cəmiyyəti hər bir ölkənin dinamik inkişafını təmin edən başlıca vasitələrdir. Məhz buna görə də Azərbaycan dövləti demokratik prinsiplərin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təşviqi, vətəndaş cəmiyyəti institutlarının daha da inkişaf etdirilməsi, onların fəaliyyətinin stimullaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirir.
Müstəqillik illərində Azərbaycan özünün yeni inkişaf modelini yaratmış və mütərəqqi təcrübə kimi onu bütün dünyaya təqdim etmişdir. Cəmi 10 il ərzində iqtisadi potensial 3 dəfədən çox artmış, yoxsulluq və işsizlik kimi problemlər əsaslı şəkildə həll edilmiş, sosial-iqtisadi infrastruktur ən qabaqcıl standartlara uyğun yenidən qurulmuş, davamlı sosial rifah və ümumilikdə, ölkənin müasir simasının formalaşdırılması istiqamətində nəhəng işlər görülmüşdür.
Regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş, güclü dövlət və etibarlı tərəfdaş imici qazanmışdır. Mübaliğəsiz demək olar ki, bu tarixi sıçrayış məhz Prezident İlham Əliyevin milli iradəyə əsaslanan, müstəqil və düşünülmüş siyasəti sayəsində mümkün olub.
Ancaq bütün bu nailiyyətlər heç də asan əldə edilməmişdir. Ötən əsrin sonlarında Azərbaycan qonşu Ermənistanın ərazi iddiaları və təcavüzkar siyasəti ilə üz-üzə qalmışdır. Birmənalı şəkildə demək olar ki, ermənilər məqsədyönlü şəkildə münaqişəni silahlı mübarizə müstəvisinə keçirmişdir. Hələ 1980-ci illərin sonlarında Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlı deportasiya olunmuşdur. 1992-ci ilin əvvəllərində isə Ermənistan Azərbaycana qarşı hərbi əməliyyatlara başlamışdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azərbaycanlıların yaşadığı Xocalı şəhərində soyqırımı törədilmiş, yüzlərlə insan qətlə yetirilmiş, mindən artıq sakin isə əsir götürülmüşdür. Daha sonra Dağlıq Qarabağ bölgəsinin (4 400 kv. km) hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan ətrafındakı 7 rayon ( 17 000 kv.km) ermənilər tərəfindən işğal olunmuş, bir milyona yaxın azərbaycanlı məcburi köçkün vəziyyətinə salınmışdır. Hazırda Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Qarabağ uğrunda döyüşlərdə 20 mindən çox Azərbaycan vətəndaşı həlak olub, 100 000 nəfərədək yaralanıb, 50 000 nəfər isə əlil olub. İşğal edilmiş ərazilərdə bütün sosial, iqtisadi və mədəni infrastruktur dağıdılıb”.
Prezidentin köməkçisi vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədar 7 bəyanat və 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul edib. Lakin Ermənistan indiyə kimi bu qətnamələrin tələblərini yerinə yetirmir və beynəlxalq hüquqa zidd mövqeyini davam etdirir: “1996-cı ilin dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında münaqişənin nizama salınmasının beynəlxalq-hüquqi bazasını təşkil edən sənəd qəbul olunub. Zirvə toplantısı zamanı Prezident Heydər Əliyevin gərgin əməyi və diplomatik istedadı sayəsində münaqişənin həllinin siyasi-hüquqi çərçivələrini müəyyənləşdirən xüsusi bəyanat qəbul edildi. Bu bəyanat Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən müdafiə olunmuş və Lissabon sammitinin yekun qərarında öz əksini tapıb.
Dünyanın digər nüfuzlu beynəlxalq təşkilatları da münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən çoxsaylı qərar və qətnamələr qəbul etmişlər. 2005-ci il yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamədə Azərbaycan ərazilərinin böyük bir hissəsinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu və separatçıların Dağlıq Qarabağ regionuna nəzarət etdiyi göstərilmişdir. Qətnamədə Ermənistanın yeritdiyi etnik təmizləmə siyasəti pislənmiş, bu siyasətin və hərbi əməliyyatların monoetnik ərazilərin yaranmasına gətirib çıxarmasından narahatlıq bildirilmişdir. Bununla yanaşı, sənəddə deyilmişdir ki, Avropa Şurasının üzvü olan ölkənin başqa ölkənin ərazilərini işğal altında saxlaması onun öhdəliklərinə açıq-aşkar ziddir.
2015-ci il oktyabrın 1-də AŞPA-nın Siyasi məsələlər komitəsinin iclasında "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" adlı məruzənin hazırlanması üçün məruzəçi təyin edilmişdir.
Avropa Parlamenti də Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsinə mane olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair sənədlər qəbul etmişdir. 2010-cu il mayın 20-də qurumun qəbul etdiyi “Cənub Qafqaz üçün Avropa İttifaqının strategiyasına ehtiyac üzrə” qətnamədə “Dağlıq Qarabağ da daxil olmaqla, Dağlıq Qarabağı əhatə edən bütün işğal olunmuş Azərbaycan torpaqlarının tez bir zamanda boşaldılması” tələb olunmuşdur.
Onu da qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini ehtiva edən 20-yə qədər sənəd qəbul etmişdir.
2010-cu il noyabrın 20-də NATO-nun qəbul etdiyi Bəyannamədə bildirilmişdir ki, təşkilat Azərbaycan, Gürcüstan, Ermənistan və Moldovanın ərazi bütövlüyünü dəstəkləyir və bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdar çıxır.
Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda sülh və təhlükəsizliyin təmin edilməsi məsələsinə böyük önəm verir və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Azərbaycan torpaqlarının 20%-i işğal altında saxlayan, digər region ölkələrinə qarşı ərazi iddiaları, həmçinin Türkiyəyə qarşı qondarma “erməni soyqırımı” tələbi irəli sürən, torpaq və təzminat tələb edən Ermənistan isə öz təcavüzkar siyasəti ilə regional təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Ermənistan bu iddialarını həyata keçirmək üçün terroru da bir vasitə kimi seçmişdir. Belə ki, 1984-cü ildən bu günə qədər erməni terrorçu qrupları Azərbaycan ərazisində 388 terror aktı törətmiş və nəticədə 1189 nəfər ölmüş, 1705 nəfər yaralanmış və əlil qalmışdır.
Qeyd etmək istərdik ki, Azərbaycan Xəzər hövzəsini Qərb dövlətlərinin üzünə açan, bu ərazini beynəlxalq əməkdaşlıq arenasına çevirən ölkədir. Müstəqillik illərində Azərbaycanın öz tərəfdaşları ilə həyata keçirdiyi transmilli enerji layihələri regionun inkişafında, bölgənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamışdır. Bu gün Azərbaycan həm də Avropanın enerjiyə olan ehtiyaclarının ödənilməsinə önəmli töhfə verir.
Ermənistan isə Azərbaycanın uğurlarını qısqanclıqla qarşılayır və regionda sabitliyi təhdid etməklə həm də mühüm enerji və nəqliyyat layihələrinin reallaşmasına mane olmağa çalışır.
SSRİ dağıldıqdan sonra Ermənistanın həyata keçirdiyi siyasətin təhlili onu deməyə əsas verir ki, bu ölkə regionun iqtisadi və siyasi inkişafını şərtləndirən layihələrdən kənarda qalmış, özünütəcrid vəziyyətinə düşmüş və ciddi sosial və iqtisadi problemlərlə üzləşmişdir. Ermənistan Xəzər hövzəsi enerji resurslarının Avropa bazarlarına daşınmasında münasib məkanda yerləşməsinə baxmayaraq, geosiyasi mövqeyinin ona verdiyi bu fürsətdən istifadə etməmişdir ki, bu da onun üçün ağır nəticələrə səbəb olmuşdur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həm də regionda demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının təmin olunmasında ən böyük maneədir. Şübhəsiz, bu problem olmasaydı və yaxud vaxtında həllini tapsaydı, region ölkələri daha çox inkişaf edər, sülh və təhlükəsizlik daha etibarlı şəkildə təmin olunardı”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Rus terrorçu anasını hədələdi

20 Avqust 2017 17:58

Bu ölkədə daşlar bala verir - FOTOLAR

20 Avqust 2017 17:48

Zoğalın heç yerdə eşitmədiyiniz faydaları

20 Avqust 2017 17:43

Ordusu olmayan ölkələr: onları kimlər qoruyur?

20 Avqust 2017 17:38

Ona bir də indi baxın - ailəsi tərəfindən zibilliyə atılmışdı - FOTO

20 Avqust 2017 17:38

Rusiyanın pauerliftinq üzrə dünya çempionunu öldürən azərbaycanlı axtarışa verilib

20 Avqust 2017 17:37

Dünya çempionunu küçədə belə öldürdülər

20 Avqust 2017 17:28

Aleksandr Səmədov üzr istədi

20 Avqust 2017 17:27

“Azərxalça” ASC-nin Şəmkir filialının açılışı olub

20 Avqust 2017 17:24

İran parlamenti Ruhaninin namizədini dəstəkləmədi

20 Avqust 2017 17:19

Son aylar ərzində ən çox satılan telefon məlum olub

20 Avqust 2017 17:14

Xəzərdə ölümlə üzləşən 3 nəfər xilas edildi

20 Avqust 2017 17:09

Azərbaycanda toy vaya döndü - Toy karvanındakı maşın 4 qonağı vurdu - FOTO

20 Avqust 2017 17:03

Cüdoçularımız universiada ilk qızıl medalı qazandı

20 Avqust 2017 16:59

Rusiyada zəlzələ baş verib

20 Avqust 2017 16:58

"Barselona"dan gözlənilməz transfer

20 Avqust 2017 16:57

"Apple"dəki hissələrini 800 dollara satan insanın bəxtsizlik HEKAYƏSİ

20 Avqust 2017 16:53

Livan əsgərləri Suriya ilə sərhəddə minaya düşüb: ölənlər var

20 Avqust 2017 16:47

Bülənt Ərsoyun 40 minlik istirahəti

20 Avqust 2017 16:46

Yer sivilizasiyası tarixinin ən təhlükəli dövrünə daxil olub

20 Avqust 2017 16:43

Beynəlxalq sərgi zamanı terror

20 Avqust 2017 16:37

Bu şəhərdə hasar çəkmək, itləri zəncirdə saxlamaq qadağandır - FOTO/VİDEO

20 Avqust 2017 16:33

Rusiyada zəlzələ olub

20 Avqust 2017 16:32

Qadın müəllim həyat yoldaşını bıçaqladı

20 Avqust 2017 16:21

Dünya şokda: Hamilə ikən hamilə qaldı - FOTOLAR

20 Avqust 2017 16:18

Əməkdar artistin evi başına uçdu

20 Avqust 2017 16:11

30 milyon manatlıq 1 cüt sırğa - FOTO

20 Avqust 2017 16:08

Daha bir dünya ulduzu Türkiyə klubunda - FOTO

20 Avqust 2017 15:57

“Dihaj” Bakının mərkəzində pulsuz konsert verdi

20 Avqust 2017 15:54

Fasiləsiz televizor izləmək xəstəlik yaradır

20 Avqust 2017 15:50

"Barselona"dan sürpriz Arda Turan qərarı

20 Avqust 2017 15:47

Belə də olur - Ər və arvad eyni oğlana aşiq oldu

20 Avqust 2017 15:43

Suriyada beynəlxalq sərgi atəşə tutulub, ölənlər və yaralananlar var

20 Avqust 2017 15:42

Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Şəmkir filialının açılışında iştirak edib

20 Avqust 2017 15:40

Bineli Yıldırım: "Türkiyə sərhədini qanunsuz keçmək istəyən 5 İŞİD terrorçusu zərərsizləşdirilib"

20 Avqust 2017 15:37

“Körpə gəzintidə” filmi gerçək oldu

20 Avqust 2017 15:33

30 ildən sonra belə istirahət edə bilərik - FOTOLAR

20 Avqust 2017 15:23

Ən sürətlə arıqladan dietik üsul

20 Avqust 2017 15:23

Ağcabədidə "Mercedes" yanıb

20 Avqust 2017 15:14

Nəcməddin Sadıkov prezident İlham Əliyevə raport verdi

20 Avqust 2017 15:13

Azərbaycan cüdoçusu Universiadada qızıl medal qazanıb

20 Avqust 2017 15:12

İraqda iki gəmi toqquşub, ölənlər var

20 Avqust 2017 15:07

Məşhur aktyor sevişmə səhnəsindən danışdı

20 Avqust 2017 15:04

"Ginnesin Rekordlar Kitabı"na düşən Bakı metrosu haqda 10 MARAQLI FAKT

20 Avqust 2017 14:58

Burkino-Fasoda terror aktı zamanı öldürülənlərin sayı 19-a çatıb

20 Avqust 2017 14:52

Dənizdə boğulmaq üzrə olan şəxs xilas edilib

20 Avqust 2017 14:52

İran-İraq müharibəsi başa çatıb

20 Avqust 2017 14:41

Məşhur amerikalı aktyor və yazıçı vəfat edib

20 Avqust 2017 14:39

Yaşı 3 milyard ildir: İDDİA TƏSDİQLƏNDİ - VİDEO

20 Avqust 2017 14:38

ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

20 Avqust 2017 14:37