Rəsmi Moskva işğal olunan rayonların qaytarılmasından danışdı

Rəsmi Moskva işğal olunan rayonların qaytarılmasından danışdı
13:21 12 Noyabr 2015
76 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun İrəvana səfəri zamanı Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Ermənistan tərəfi ilə aparılan danışıqlar çərçivəsində hər hansı ərazinin güzəşt olunması ilə bağlı heç bir məsələ müzakirə olunmayıb.

ANS PRESS-in məlumatına görə bu barədə Rusiya Federasiyasının Ermənistandakı səfirliyindən bu ölkənin mətbu orqanlarından birinin sorğusuna cavab olaraq qeyd olunub.

Rusiya xarici işlər naziri Sergey Lavrovun noyabrın 9-da İrəvana səfəri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra iddiaların yayılmasına da səbəb olub.

Ermənistanın müxalifyönlü “Aykakan jamanak” qəzeti Lavrovun səfərinin əsas məqsədinin münaqişənin həlli üçün Rusiyanın təşəbbüsünün kulisarxası proseslə bağlı olduğunu yazıb. İddia olunurdu ki, görüşdə Qarabağ ətrafındakı bir neçə rayonun Azərbaycana qayatarılması müzakirə olunub.

"Hakimiyyətə yaxın dairələrdən əldə edilən məlumata görə, Rusiya Ermənistanı bir neçə rayonu qaytarmağa razı salmağa çalışır. Bunun sayəsində isə o Azərbaycanın Avrasiya İttifaqına üzvlüyünə razılıq əldə etmək niyyətindədir".

İddiaya görə, Rusiya xarici işlər nazirinin S.Lavrovun Ermənistana səfərinin məqsədi də məhz bu idi.

Ermənistanın populyar analitika portalı "Lragir" də iddia edir ki, Lavrov Ermənistana Qarabağ münaqişəsinin həlli üçün gəlir və İrəvanın qarışısında Azərbaycanın xeyrinə tələblər qoyacaq.


S.Lavrov və E.Nalbandyan

Erməni həmkarı Edvard Nalbandyanla görüşdən sonra mətbuata açıqlama verən S.Lavrov Dağlıq Qarabağ münaqişəsi haqda da danışıb. Rusiya XİN rəhbəri qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi tərəflərinin nizamlanmanın qarşılıqlı faydalı konsensus əsaslarının hazırlanması üzrə səylərini davam etdirməlidir. Lavrov həmçinin Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi müsbət nəticə əldə olunması istiqamətində fəal rol oynamağa davam edəcəyini vurğulayıb. Lavrov həmçinin bildirib ki, Ermənistan və Rusiya ciddi şəkildə bir-birinə arxalana bilər.

Rusiya mətbuatı isə Lavrovun Ermənistan səfərinin əsas mövzusunun Ermənistanda rus aviasiya qrupunun gücləndirilməsi və yeni zenit komplekslərinin yerləşdirilməsi barədə olduğunu qeyd edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=364599

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR