​Azərbaycana keçən Ermənistan vətəndaşı ölkəsinə qaytarılıb

​Azərbaycana keçən Ermənistan vətəndaşı ölkəsinə qaytarılıb
13:37 12 Noyabr 2015
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarını əsas götürərək 2015-ci il noyabrın 8-də Azərbaycan Respublikasının Qazax rayonu ərazisində saxlanılan Ermənistan Respublikasının vətəndaşı, 1942-ci il təvəllüdlü Abovyan Lusine Qukasovnanı noyabrın 12-də azad edərək qarşı tərəfə qaytarıb. Bu barədə “Report”a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilən proses zamanı yaxınlıqdakı erməni mövqelərindən atəş səsləri eşidildiyinə görə Komissiyanın İşçi Qrupunun əməkdaşları qarşı tərəfdən yenidən təhlükəsizlik zəmanəti alınması və atəşin dayandırılması barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinə müraciət ediblər. Bu tələblər yerinə yetirildikdən sonra L.Abovyanın repatriasiyası həyata keçirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/azerbaycana-kecen-ermenistan-vetendasi-olkesine-qaytarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR