"Fənərbağça"ya uduzduq - FOTO

"Fənərbağça"ya uduzduq - FOTO
13:47 12 Noyabr 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

Bakının qadınlardan ibarət "Telekom" voleybol klubu Çempionlar Liqası yarışlarında ikinci oyununu keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, İstanbulda Burhan Felek Voleybol Salonunda "Telekom" yerli "Fənərbağça" komandasının qonağı olub.

Avstriyalı baş hakim Harald Socanın idarə etdiyi görüş "Fənərbağça"nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Telekom" Bakıda təşkil olunan ilk görüşündə Polşanın "İmpel" komandasına 0:3 hesabı ilə məğlub olmuşdu.

Komandamız növbəti oyununu noyabrın 25-də Almaniyada yerli "Drezdner" komandasına qarşı keçirəcək.

"Telekom"un yer aldığı "E" qrupunda digər oyununda isə "Drezdner" komandası səfərdə "İmpel"ə 3:2 hesabı ilə qalib gəlib.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/381850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR