Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bacısının başını kəsən Pərvanənin məhkəməsi bitdi

Bacısının başını kəsən Pərvanənin məhkəməsi bitdi

Date: 12 November 2015 13:47

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən Pərvanə Nuriyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, Eldar İsmayılovun sədrliyi ilə qapalı keçirilən prosesdə məhkəmə P. Nuriyevanın barəsində məcburi xarakterli tibbi tədbirlərin görülməsi haqqında qərar qəbul edib. Məhkəmənin qərarına əsasən, o,  1 saylı Psixiatriya Xəstəxanasına göndəriləcək.

Qeyd edək ki, ötən ilin oktyabrında paytaxtın Xətai rayonu ərazisində yaşamış 1994-cü il təvəllüdlü Nuriyeva Günel Etibar qızının yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri ilə müşayiət olunan meyidi aşkarlanıb.

Hadisəni G. Nuriyevanın bacısı Pərvanə Nuriyevanın törətdiyi müəyyənləşib.

1995-ci il təvəllüdlü Pərvanə Nuriyeva Asəf Zeynallı adına Musiqi Kollecinin tələbəsi olub.

Milli.Az


Tags:  Bacısının başını kəsən Pərvanənin məhkəməsi bitdi


RƏYLƏR


Top news